Azbadam MMC
İnsan resursları və İnzibati işlər üzrə baş mütəxəssis
Son tarix 13 okt 2024 Müraciət et
Təsvir
- Struktur bölmələri üçün vəzifə və peşələr üzrə kadr ehtiyaclarını və kadrlara olan tələbləri müəyyən edərək seçilməsini təmin etmək;
- Müəssisənin işə qəbul siyasətini əsas götürərək işə qəbul prosesini həyata keçirilməsini təmin etmək;
- İşə qəbul olunmuş işçilərlə bağlı müvafiq sənədləşmə prosedurunu aparmaq və onlarla əlaqəli adaptasiya və orientasiya prosesini təşkil etmək və prosesə nəzarət etmək;
- İşçilərinin fəaliyyətinin qiymətləndirilməsi işini təşkil etmək, bununla bağlı qiymətləndirmə meyarlarının, forma, məzmun və qaydalarının hazırlanması və həyata keçirilməsini təmin etmək, bu istiqamətdə təlimlər təşkil etmək, qiymətləndirmənin nəticələrini təhlil edərək müvafiq təkliflər vermək;
- İnsan Resursları şöbəsinin fəaliyyət planının, hesabatların hazırlanması, illik İR və inzibati işlər şöbəsinin büdcəsinin hazırlanması və idarə edilməsi;
- Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən etmək və bir struktur üzrə müəyyən edilmiş ehtiyaclar əsasında şirkət üçün illik təlim planının hazırlamaq, bu istiqamətdə təlimlərin keçirilməsini təmin etmək;
- Şirkət daxilində bütün inzibati işlərin icrasına nəzarət;
- Teambuilding, networking və digər korporativ tədbirlərin koordinasiyası;
- İşçilərin məzuniyyətdən istifadə məsələləri və xidməti ezamiyyələri ilə bağlı işlərə nəzarət etmək;
- Səlahiyyətləri daxilində daxili nəzarəti təşkil etmək, şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Müəssisə Rəhbərinə təkliflər vermək;
- İşçilərlə bağlı motivasiya tədbirlərini hazırlamaq və ya hazırlanma işində iştirak etmək, səlahiyyətləri daxilində həmin tədbirləri həyata keçirmək;
- İşçilərin iş vaxtının tabeli uçotunun tərtib edilməsini həyata keçirmək və əmək haqqının hesablanmasını təmin etmək
- Daxili nizam-intizam qaydaları, gigiyena qaydaları, prosedurlar və SƏTƏMM təlimatlarına riayət etmək;
- Rəhbərlik tərəfindən tapşırılacaq oxşar xüsusiyyətlərə malik digər işlərin yerinə yetirilməsi;
- Hesabatlar müəssisə rəhbərinə təqdim edilir
Tələblər
- Ali təhsil (İdarəetmə, İnsan Resursları, Biznes, İqtisadiyyat və digər əlaqəli sahələrdə)
- Müvafiq sahədə ən az 3-4 il iş təcrübəsi;
- Azərbaycan, Rus və ya İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
- Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı;
- Komanda işinin təşkili;
- Güclü idarəetmə bacarıqlarının olması;
- Çox sayda tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı;
- Güclü təşkilati bacarığın olması;