AZBA Audit and Business Services LTD MMC
Hüquqşünas
Son tarix 07 yan 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Məhkəmə və ya dövlət orqanlarına sənədlərin təqdim edilməsi;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
- Rəhbərlik tərəfindən göstəriş verilən digər tapşırıqlarının yerinə yetirilməsi;
Namizədə tələblər:
- Hüquq üzrə ali təhsil;
- Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
- E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
Şərtlər:
- İşçi Azərbaycan Respublikasının qanunvericiliynə əsasən işə götürülür
- ƏH – 1500 AZN Net (3 ay sınaq müddətindən sonra 1700 Net), mukafat/bonuslar nəzərdə tutulub