AZ Smart LLC
Müştəri qəbulu üzrə mütəxəssis
Son tarix 16 yan 2026 - [email protected]
İş barədə məlumat:
- Baş ofisə gələn müştərilərin qəbulu;
- Müştərilərdən daxil olan müraciətlərin düzgün qəbul edilməsi və yönləndirilməsi;
- JİRA proqramında sorğuların açılması, statistikanın aparılması;
- Təmirə gələn kassaların giriş-çıxışına nəzarət;
- Müştəri problemlərinin həlli üçün sorğuların açılması;
- Problemlərinin həlli üçün digər şöbələr ilə əməkdaşlıq.
Namizədə tələblər:
- Tam orta təhsil;
- Müvafiq sahədə minimum 1 il təcrübə arzuolunandır;
- Azərbaycan dilində səlis danışıq bacarığı (Rus dili üstünlükdür);
- Diqqətlə dinləmə və anlama bacarıqları;
- Operativlik, cəldlik, aktivlik;
- Daimi nəzarət olmadan səhvsiz və məsuliyyətlə işi sonunadək çatdırma bacarığı;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Stressə davamlılıq;
- Komandada işləmə bacarığı.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00
Maraqlananlar CV-lərini “Müştəri qəbulu üzrə mütəxəssis” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.











