AZ Logistika and Management Services
Təhlükəli yüklərin daşınması üçün “E” kateqoriyalı sürücü
Son tarix 05 yan 2026 - [email protected]
İş haqqında:
- Sektor: Neft-qaz, təhlükəli yüklərin/tullantıların daşınması
- Əmək haqqı: 900 - 1100 AZN
- Növbə: gündüz və yaxud gecə
- İş rejimi: qanunvericiliyə uyğun olaraq
Vəzifə öhdəlikləri:
- Dispetçer və rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirərərk yüklərin təhlükəsiz və vaxtında daşınmasını təmin etmək
- Yük avtomobillərinin təmizliyi, texniki vəziyyətinə gündəlik nəzarət etmək və nasazlıqları vaxtında texniki heyətə bildirmək
- Təyin olunmuş marşrut üzrə yükləri düzgün və məsuliyyətlə çatdırmaq
- Yol hərəkəti qaydalarına və şirkətin təhlükəsizlik standartlarına ciddi riayət etmək
- Sənədlərin düzgün şəkildə doldurulması, qəbul və təhvili
Tələblər:
- Etibarlı E kateqoriyalı sürücülük vəsiqəsi
- Yükdaşıma sahəsində minimum 3 il iş təcrübəsi
- Yük maşınlarının idarə olunmasında təcrübə
- Məsuliyyətli, intizamlı və etibarlı olmaq
- Uzun məsafəli səfərlərə və regionlara ezam olunmağa hazır olmaq
- Minimum yaş həddi – 21 yaş
Üstünlüklər:
- ADR sertifikatı və yaxud xüsusi sürücülüklə bağlı təlim mərkəzlərində təlim keçmiş namizədlərə üstünlük verilir
- Sürücülükdə qəzasız və intizamlı tarixçəsi olan şəxslərə üstünlük verilir
- Texniki biliklərin olması əlavə üstünlükdür
- Vakuum tipli yük avtomobillərini idarə etməyi bacaran sürücülərə üstünlük verilir
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Yük maşınları üçün ehtiyat hissələrinin təchizatı sahəsində təcrübəli mütəxəssis
Son tarix 05 yan 2026 - [email protected]
Vəzifə öhdəlikləri
- Sifarişlərin qəbulu, çeşidlənməsi, təhlili, şirkətin təchizat mütəxəssislərinə tapşırılması;
- Cəmiyyətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsinə nəzarət etmək;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
- Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərinin həyata keçirilməsinə nəzarət etmək;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək;
- Malların qeydiyyatının aparılması
Tələblər
- Ali təhsilli
- Azərbaycan və rus dillərində əla səviyyədə danışıq qabiliyyəti;
- Kompyuter biliyi: Microsoft Office, 1C proqramlarını bilməli;
- İş təcrübəsi əlaqəli sahədə 3 ildən 5 ilə qədər; (nəqliyyatda təcrübəsi mütləqdir)
- Fərdi keyfiyyətlər: məsuliyyət, idarəçilik, diqqətlilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti;
İş şəraiti
- 6 günlük iş norması
- Nahar şirkət tərəfindən verilir.
- İş yerinə çatdırılma üçün servis mövcuddur
- Əmək haqqı : razılaşma əsasında
- İş yeri: Qaradağ r-nu, Salyan şossesi, 32 km
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.











