Az - Granata LLC
Mikrobioloq
Son tarix 15 noy 2025 - [email protected]
Vəzifəyə aid öhdəliklər:
- Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirməli;
- Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etməli;
- Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
- İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya mütəxəssisinə məlumat vermək;
- Nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;
- Test proseduruna uyğun olaraq laboratoriya ləvazimatlarının, qablarının hazırlanması (yuyulması və s.);
- Sənədlərin hazırlanması;
- Zay məhsul istehsalının səbəblərini tədqiq edir və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanmasında iştirak edir.
Namizədə tələblər:
- Kimya, biologiya, (mikrobioloqiya) sahəsində ali təhsil;
- Kimyaçı - laborant və ya mikrobioloq olaraq iş təcrübəsi mütləqdir. Qida istehsalı sahəsində (alkoqolsuz və alkoqollu içkilərin istehsalı) təcrübənin olması üstünlükdür;
- Laboratoriya cihazları ilə işləmə bacarığı;
- Bu sahədə iş təcrübəsi minimum 2 il;
- Yaş həddi 27-45 aralığında.
- Həvalə edilən qurğu və cihazların quruluşunu və işləmə qaydalarını bilmək;
- Beynəxalq standartlara və metodlara uyğun olaraq analizin aparılmasını təmin etmək.
İş şəraiti:
- İş yeri – Ağsu şəhəri;
- 5 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və təcrübəsi əsasında müəyyən olunacaqdır.
Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerində "Mikrobioloq" yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.
Baş texnoloq (Meyvə Şirələri İstehsalı Üzrə)
Son tarix 15 noy 2025 - [email protected]
Vəzifəyə aid öhdəliklər:
- Məhsulların texnologiyasının təkmilləşdirilməsi, qabaqcıl əsas texnologiyalar, texnoloji sistemlərin dizaynı və tətbiqi, istehsal proseslərinin inteqrasiya mexanizasiyası və avtomatlaşdırılması, texnoloji avadanlıq, avadanlıqların istifadəsi standartlarına uyğunlaşdırılması;
- Məhsulların keyfiyyətinə nəzarət üsullarını yaxşılaşdırmaq;
- Məhsulun tərkibini, sənaye və dövlət standartlarının dizaynlarını, həmçinin istehsal texnologiyası ilə bağlı ən mürəkkəb təkliflərini vermək;
- Yeni texnologiya proseslərin inkişaf sahələrinin planlaşdırılması işini aparmaq;
- Xammal, əsas və köməkçi materiallar, yarımfabrikat məhsulların inkişaf etmək;
- İstehsalatda proqressiv texnoloji proseslərin inkişafının sürətləndirilməsi məqsədi ilə tədbirlər görmək;
- İstehsal proseslərinin və istehsal rejimin tənzimlənməsi üçün texniki sənədlərin təhlilini və orada dəyişiklərin aparılmasını təmin etmək;
- İstehsalda texnoloji hazırlığının mövcud və gələcək planların həyata keçirilməsi, texnoloji proseslərə ciddi riayət olunması, texnoloji intizam pozuntularını aşkar edilməsinə və onları aradan qaldırılması üçün tədbirlər görmək;
- Yeni texnoloji proseslərin inkişafı üzrə tədqiqat işlərin aparılmasında iştirak etmək, istehsalın avtomatlaşdırılmasına, avadanlıqların işlənib, hazırlanmasına dair komissiyaların işində iştirak etmək;
Namizədə tələblər:
- Ali texniki təhsil;
- Ən azı 2 il şirə istehsalı sahəsində texnoloq kimi iş təcrübəsi;
- Azərbaycan dilndə sərbəst danışmaq. Rus dili biliyi arzuolunandır;
- Sənayedə və müəssisədə istehsalın texnoloji hazırlığının təşkilini bilmək;
- Texniki sənədlərin hazırlanması və icrası üçün qaydaları, təlimatları və digər göstərişləri bilmək;
- İşgüzar etik qaydalara riayət etmək;
- MS Office proqramlarında sərbəst işləyə bilmək bacarığı;
- Komanda şəklində işləmək bacarığı.
İş şəraiti:
- İş yeri – Ağsu şəhəri;
- 5 günlük iş qrafiki;
- Qalmaq yeri təmin olunur;
- Əmək haqqı namizədin bilik və təcrübəsi əsasında müəyyən olunacaqdır.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu yerində "Baş Texnoloq" yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.
Şərab Turizmi üzrə mütəxəssis
Son tarix 15 noy 2025 - [email protected]
AZGRANATA MMC öz şərab zavoduna ziyarət edən yerli və xarici turistlər üçün peşəkar, qonaqpərvər və kommunikativ şərab turizmi üzrə mütəxəssis axtarır. Bu vəzifənin əsas məqsədi şirkətin istehsal etdiyi məhsulları və şərab mədəniyyətini ziyarətçilərə tanıtmaq, dequstasiya və tur proqramlarını təşkil etməkdir.
Vəzifə öhdəlikləri
- Şərab zavoduna və üzüm bağlarına gələn yerli və xarici qonaqları qarşılayaraq onlara müəssisə, istehsal prosesi və məhsullar haqqında ətraflı məlumat vermək;
- Tur proqramlarını əvvəlcədən planlaşdırmaq, marşrutu və məzmunu koordinasiya etmək;
- Şərab dequstasiyalarını təşkil və idarə etmək, hər məhsul haqqında təqdimat aparmaq;
- Qonaqlara şərab növləri, istehsal texnologiyası və düzgün dequstasiya qaydaları barədə məlumat vermək;
- Şirkətin məhsullarının satışını və tanıtımını həyata keçirmək, satış sonrası qonaq məmnuniyyətini izləmək;
- Ziyarətçi qruplarına xüsusi tur paketləri və tədbirlər (şərab festivalları, tədbir və təqdimatlar) təklif etmək;
- Turizm və satış fəaliyyətləri ilə bağlı gündəlik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Turizm zonasında təmizlik, təhlükəsizlik və qonaqpərvərlik standartlarına riayət olunmasını təmin etmək;
- Sosial media və tanıtım məqsədli kontent hazırlanmasına (foto, video, qısa təqdimatlar) dəstək göstərmək;
- Tur bələdçisi kimi şirkətin imicini və brend dəyərlərini yüksək səviyyədə təmsil etmək;
- Ziyarətçi rəylərinin toplanması, təhlilin aparılması və xidmətin keyfiyyətinin artırılması üçün təkliflər vermək.
Tələblər:
- Turizm, marketinq və ya əlaqədar sahə üzrə ali təhsil arzuolunandır;
- Xarici dillərdə danışıq bacarığı (rus və ingilis dili);
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
- Şərab mədəniyyəti və dequstasiya qaydaları haqqında ilkin biliklər arzuolunandır;
- Tur bələdçisi və ya satış/tanıtım sahəsində təcrübə;
- Gülərüz, məsuliyyətli və komandada işləmə bacarığı.
Digər məlumatlar:
- İş yeri: Ağsu rayonu, AZGRANATA MMC-nin istehsalat müəssisəsi;
- Rəqabətədavamlı əmək haqqı və bonus sistemi.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerində "Şərab turizmi üzrə mütəxəssis" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əks halda müraciətiniz nəzərdən qaça bilər.