Az - Granata LLC
Treyd (Ti̇cari̇) Marketinq Meneceri̇
Son tarix 02 dek 2023 [email protected]
İş barədə məlumat:
- Şirkətin Ticari Marketinq strategiyasının hazırlanmasını və icrasını təmin etmək;
- Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, müxtəlif kanallar vasitəsi ilə kommunikasiya və koordinasiyasını reallaşdırmaq;
- Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətini həyata keçirtmək;
- Aylıq ticari marketinq büdcəsinin təyini icrası və hesbabatlılığının təmin etmək. Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analiz və təhlilini hazırlamaq;
- Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak etmək.
- Satış dövriyyəsinin artırılması və müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələr, promo aksiya və kampaniyaları həyata keçirtmək;
- Ticari Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
- Hədəf auditoriyasının ehtiyacları və istəklərini təyin etmək;
- Qiymət siyasəti plonagram və merçendayzinq tələblərini hazırlamaq;
- Məhsul kateqoriyalarını effektiv idarə etmək;
- Ümumi dövriyyəni, ayrı–ayrı markaların, kateqoriyaların satışını artırmaq üçün alətlər hazırlamaq.
Tələblər:
- Azərbaycan dili mükəmməl (ingilis və rus dili arzuolunandır) olmalı;
- Yüksək səviyyədə kompüter bilgiləri (MS Office, əsasən excel) olmalı;
- FMCG sektorunda ən azı 3 il iş təcrübəsi olmalı;
- İçki sektorunda iş təcrübəsi arzuolunandır;
- Yaradıcı, təşəbbüskar, analitik düşüncəli, iri həcmli məlumat bazasını təhlil etmək təcrübəsi, problem həlletmə, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalıdır.
Digər məlumatlar:
- 5 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və təcrübəsi əsasında müəyyən olunacaqdır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerində "Ticari marketinq meneceri" yazmaqla e-mail ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.
Ofis meneceri
Son tarix 02 dek 2023 [email protected]
İş barədə məlumat:
- Şirkətin adına gələn sənəd və məktubları qəbul etmək, onları qeydiyyata almaq və lazımi şəxslərə çatdırımaq;
- Sənəd və məktubların düzgün formada tərtib etmək və vaxtında göndərmək;
- Kuryer şirkətləri ilə əlaqə yaratmaq;
- İşçilərin davamiyyətinə nəzarət etmək və nəticəsi barədə gündəlik rəhbərə yazılı şəkildə məlumatı təqdim etmək;
- Telefon zənglərini qəbul etmək;
- Ofisə daxil olan qonaqları qarşılamaq və aidiyatı üzrə şəxslərə yönləndirilmək;
- Rəhbərliyin işi üçün lazım olan sənədlərin və materialların hazırlaması;
Tələblər:
- Ofis meneceri üzrə iş təcrübəsi;
- Azərbaycan dili səlist, rus dili arzuolunandır;
- MS Office proqramında işləmə bacarığı;
- Mehriban, ünsiyyətçil, səlist nitq qabilliyətinə malik.
Digər məlumatlar:
- 5 günlük iş həftəsi (şənbə və bazar günləri istirahətdir)
- Nahar şirkət tərəfindən qarşılanır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerində "Ofis meneceri" yazmaqla e-mail ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.