Az - Granata LLC
Satınalma mütəxəssisi
Son tarix 25 avq 2024 - [email protected]
İş barədə məlumat:
- Portfelində olan şirkətlərin satınalma fəaliyyətini yoxlamaq və alışlara nəzarət etmək;
- Alışların aylıq analizləri, onların hesabat formasının hazırlanması və təqdimatı;
- Lazımi materialları/xidmətləri daxili bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
- Loqistikanın təşkili üçün şirkətlərə dəstək olmaq və qiymətini araşdırmaq;
- Mallar üzrə texniki məlumat vermək və qiymət araşdırmasını aparmaq;
- Tədarükçülərlə müqavilələrin bağlanmasına portfelindəki olan şirkətlərə dəstək olmaq;
- Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət etmək;
- Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatlar hazırlamaq;
- Satınalma fəaliyyəti və xərcləri barədə hesabatlar vermək;
- Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə, tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
- Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.
Namizədə tələblər:
- Maliyyə, təchizat, logistika üzrə ali təhsil;
- Kompüter bacarıqları: MS Office proqramları (Excel,Word, Outlook proqramlarını yaxşı bilməli);
- Əlaqəli sahədə 6 aydan 2 ilə qədər iş təcrübəsi;
- Azərbaycan dilində rəsmi danışıq və yazışma qabiliyyəti;
- Sürücülük vəsiqəsinin mövcudluğu və mexanika sürət qutusu olan avtomobili idarə edə bilmək əsas şərtlərdən biridir.
Digər məlumatlar:
- 5 günlük iş qrafiki (şənbə və bazar günləri istirahətdir);
- Əmək haqqı: 500-600 Azn aralığındadır.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu yerində "Satınalma mütəxəssisi" yazmaqla ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.