Az-Caspian CONSTRUCTION
İnşaat Mühəndi̇si̇
Son tarix 20 dek 2023 [email protected]
Öhdəliklər:
- Məsul olduğu sahə üzrə tikinti, quraşdırma işlərini layihəyə uyğun, inşaat norma və qaydalarına riayət etmək şərti ilə vaxtında və keyfiyyətlə bitirmək;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Tikinti sahəsində ardıcıllığı qorumaqla işlərin təşkilini edir və material sərfiyyatında normativdən kənarlaşmamasına nəzarət edir;
- Təyin edilmiş obyektdə (ərazidə) tikinti – quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə istehsalat planınına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
- Tikinti işlərin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək və onlara iş təlimatını keçmək;
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək.
Tələblər:
- Təhsil: Ali - (İnşaat Mühəndis)
- İş təcrübəsi: İnşaat sahəsində 3 il iş təcrübəsi;
- Yaş həddi: 25-45 yaş;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri arzu olunandır
- Microsoft Office (Word, Excel, Power Point, Outlook);
- Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
İş qrafiki: 6 günlük; 6-cı gün saat 13:00 qədər
Əmək haqqı:1000-1500 AZN;
Mehriban komanda;
Perspektivli iş şəraiti;
İş yeri Bakı və ölkə ərazisi.