AVT Logistics
Vergi uçotu üzrə mühasib
Son tarix 20 may 2023 - [email protected]
İş yeri: Məhəmmədi qəs;
İş təcrübəsi: 1-3 il (Vergi uçotu üzrə 1 il)
Təhsil: Ali təhsil(İqtisadiyyat,Maliyyə,Mühasibatlıq yönümlü)
Yaş həddi: 22-30
İşin Təsviri: Vergi hesabatlarının tərtib edilməsi.
Vəzifə öhdəlikləri:
- Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
- Vergi və digər Dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
- Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
- Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
- Daxili müştərək şirkətlərdən və kənar kontragentlərdən üzləşmə hərəkətlərinin alınması, yoxlanması, üzləşdirilməsi və aktlaşdırılıb təsdiqlənməsini həyata keçirmək;
- Aylıq hazırlanmalı olan ƏDV hesabatına məlumatların yığılması, sistemə işlənməsi və paketlənib vergi orqanına göndərilməsini təmin etmək;
- Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
- Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
- Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi.
- Bank ödənişlərinin icra edilməsi və bank hesabatlılığı,
- Bank Əməliyyatlarının Logo(Tiger) əks etdirilməsi.
Tələblər:
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;
- Logo (Tiger) proqram biliyinin olması arzu olunandır.
- E-gov.az,e-taxes.gov.az,stat.gov.az dövlət platformalarında işləmək bacarığı
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Komanda ilə işləmə bacarığının olması;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- SAP bilikəri üstünlükdür.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mühasib -Vergi uçotu üzrə” yazıb göndərməklə müraciət edilir.