Vəakansiya: Karyera inkişafı üzrə mütəxəssis
Əsas vəzifə öhdəlikləri:
- İşçi təcrübəsinin idarə olunması prosesinin cəlb etmə və inkişaf mərhələlərinin həyata keçirilməsi
- İşə götürən brendinin inkişaf etidirilməsi və tanıdılması prosesinin icra edilməsi
- Şirkətin işə götürən kimi tədbirlərdə, əmək yarmarkalarında, həmçinin onlayn kanallarda layiqli təmsil olunmasına nəzarət edilməsi
- Yeni işçilər üçün orientasiya və adaptasiya proseslərini icra edilməsi
- Təlim və inkişaf prosesinin bütün mərhələlərinin həyata keçirilməsi
- Təlim ehtiyaclarının müəyyən olunması üçün rəhbərlər və biznes tərəfdaşlarla birlikdə təhlillərin aparılması
- Yerli və xarici bazarda təlimçilərin və vendorların araşdırılması
- Təlim büdcəsinin yaradılması, büdcənin mütəmadi nəzarətdə saxlanılması, təşkil olunan təlimlər üzrə xərclərin yoxlanılması
- Təlimin öncəsi və sonrası sorğuların aparılması, təlim ümumi qiymətləndirilməsi və hesabatlılığın aparılması
- İnkişaf imkanları barədə məlumatlılığın artırılması və daxili təlimçilərin inkişafına töhvələrin verilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Bütün HR Modulları üzrə ümumi biliklər
- Layihələrin koordinasiyası bacarığı
- Analitik düşüncə
- Problem həll etmə bacarığı
- Qərarvermə bacarığı
- Komandada işləmə bacarığı
- Vaxtın düzgün idarə edilməsi bacarığı
- Kreativlik
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
- MS Office proqramlarında sərbəst istifadə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- İnsan resursları, İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi ixtisasları üzrə ali təhsil (Magistratura təhsili üstünlük hesab olunur)
- Təlim və inkişaf sahəsi üzrə təsdiqlənmiş təcrübə
- İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi
- Azərbaycan dili (səlis), İngilis dili (səlis) üzrə biliklər (Rus dili biliyi üstünlük hesab olunur).
İş şəartlərimiz:
- İş qrafiki : 09:00-18:00
- İş yeri : Avrora MMC.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Karyera inkişafı üzrə mütəxəssis” yazaraq [email protected] email adresinə göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.