Maliyyə analitiki
Son tarix 03 dek 2022 - [email protected]
Əsasə vəzifə öhdəlikləri:
-
Maliyyə hesabatlarının hazırlanması;
-
Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
-
Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
-
Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
-
Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
-
Malların marjinallığının hesablanması və təhlil edilməsi;
-
Hesabat dövrünün xərclərinin yoxlanılması və analiz edilməsi;
Tələb olunan bilik və bacarıqlar:
-
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
-
Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
-
Problem həll etmə bacarığı;
-
Dəqiqlik. detallara diqqət yetirmək qabiliyyəti;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-
Maliyyə və mühasibatlıq sahələri üzrə ali təhsil;
-
Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
-
İş təcrübəsi : Mühasibatlıq və yaxud maliyyə sahəsində ən az 1 il iş təcrübəsi;
-
Kompüter bilikləri: MS Office proqramlarından (yüksək səviyyədə Excel və maliyyə sertifikasiyası üzrə biliklərinin olması arzuolunandır) istifadə etmək bacarığı;
-
Dil bilikləri: Azərbaycan (əla), İngilis və Rus dilləri arzuolunandır;
İş şərtlərimiz:
-
Həftədə 5 iş günü;
-
İş saatları: 09:00-18:00;
-
İş yeri : Bakı ş., Aşıq Molla Cümə küçəsi, 46C.
Biz nə təklif edirik:
-
Əmək bazarında rəqabətli əməkhaqqı;
-
İşçilərə qayğı proqramı;
-
Peşəkar komanda mühiti;
-
Nahar;
-
Şirkət hesabına korporativ nömrə;
-
Təlim və inkişaf imkanları;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə analitiki” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Daxili Nəzarət üzrə Mütəxəssis
Son tarix 03 dek 2022 [email protected]
Əsasə vəzifə öhdəlikləri:
-
Şirkətin daxili nəzarət şöbəsi strukturlarında görülmüş işlər barədə müəyyan edilmiş müddətlərdə dövrü və illik hesabatların əldə edilərək ətraflı təhlil edilməsi;
-
Bizneslərdən əldə edilmiş müvafiq hesabat məlumatlarının analiz edilməsi, aşkarlanmış problem və kəsrlərin yaranma səbəbləri haqqında DNŞ - nin rəhbərinin məlumatlandırılması və icmal hesabat şəklində təqdim edilməsi;
-
Struktur bölmələrdən daxil olan, araşdırma zərurəti yaranmış ilkin məlumatların qiymətləndirilməsi, birbaşa rəhbəri tərəfindən təyin edilmiş xidməti təminat bölgüsünə əsasən, məhsulun əməkdaşa yönləndirilməsi, icra müddətinin təyini və işin gedişatına nəzarət edilməsi;
-
Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə yoxlama apardığı struktur bölmələrdə neqativ halların müəyyən edilməsi, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə qabaqlanması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi;
-
Yoxlama, monitorinq va araşdırma nəticəsində müəyyən edilmiş neqativ fakt və çatışmazlıqlar barədə DNŞ - nin rəhbərinə məlumat verilməklə, subordinasiya qaydasında yoxlanılan strukturun, bölmə və ya əməkdaşının rəhbərinə iradnamə, tələbnamə, təqdimat, xidməti məktub va təkliflərin göndərilməsi;
-
Şirkətə aid olan struktur və bölmələrdə nağd pul vəsaitlərinin, mövcud mal - materialların planlı şəkildə və ya qəfil inventarizasiyasının həyata keçirilməsi, buna dair məsul şaxslərin təsdiqi ilə müvafiq aktların tərtib edilməsi;
-
Əvvəlki dövrlər üçün anbar, satış nöqtələri və ya istehsalat sahələrində aparılmış inventarizasiya nəticələrinin yoxlanılmasının təşkili, zəruri düzəlişlərin edilməsi üçün DNŞ - nin rəhbərinin məlumatlandırılması;
Tələb olunan bilik və bacarıqlar:
-
Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
-
Kollektivdə işləmə bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-
Sahə üzrə 1-3 il iş təcrübəsi;
-
Azərbaycan dili mükəmməl, ingilis və rus dillərini bilməsi üstünlükdür;
İş şərtlərimiz:
-
İş qrafiki : Tam iş günü (5 gün);
-
İş qrafiki : 08:00-17:00
-
İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəsəbəsi)
Biz nə təklif edirik:
-
Əmək bazarında rəqabətli əməkhaqqı;
-
İşçilərə qayğı proqramı;
-
Peşəkar komanda mühiti;
-
Nahar;
-
Şirkət hesabına korporativ nömrə;
-
Təlim və inkişaf imkanları;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili Nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.