Avrora
Debitor Borclar üzrə Maliyyə analitiki
Son tarix 18 avq 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının hazırlanması;
- Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
- Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
- Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
- Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
- Malların marjinallığının hesablanması və təhlil edilməsi;
- Hesabat dövrünün xərclərinin yoxlanılması və analiz edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Güclü analitik və riyazi düşüncəyə malik olması;
- Problem həll etmə bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Maliyyə və mühasibatlıq sahələri üzrə ali təhsil;
- Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
- İş təcrübəsi : Mühasibatlıq və yaxud maliyyə sahəsində ən az 1 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office proqramlarından (yüksək səviyyədə Excel) istifadə etmək bacarığı;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis və Rus dilləri arzuolunandır;
İş şərtlərimiz:
- İş qrafiki: Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
- İş yeri : Bakı ş., Aşıq Molla Cümə küçəsi, 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Debitor borcları üzrə maliyyə analitiki” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Daxili Nəzarət üzrə mütəxəssis
Son tarix 18 avq 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Dövrü və illik hesabatların analiz edilməsi, aşkarlanmış problem və kəsrlərin yaranma səbəbləri haqqında DNŞ - nin rəhbərinin məlumatlandırılması və icmal hesabat şəklində təqdim edilməsi;
- Struktur bölmələrdən daxil olan, araşdırma zərurəti yaranmış ilkin məlumatların qiymətləndirilməsi, birbaşa rəhbəri tərəfindən təyin edilmiş xidməti təminat bölgüsünə əsasən, məhsulun əməkdaşa yönləndirilməsi, icra müddətinin təyini və işin gedişatına nəzarət edilməsi;
- Risklərin müəyyən edilməsi və idarə olunması məqsədilə yoxlama apardığı struktur bölmələrdə neqativ halların müəyyənləşdirilməsi, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə qarşısının alınması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi;
- Yoxlama, monitorinq və araşdırma nəticəsində müəyyən edilmiş neqativ fakt və çatışmazlıqlar barədə DNŞ - nin rəhbərinə məlumat verilməklə, yoxlanılan strukturun, bölmə və ya əməkdaşının rəhbərinə iradnamə, tələbnamə, təqdimat, xidməti məktub va təkliflərin göndərilməsi;
- Şirkətə məxsus struktur və bölmələrdə nağd pul vəsaitlərinin, mövcud mal - materialların planlı şəkildə və ya qəfil inventarizasiyasının həyata keçirilməsi, buna dair məsul şaxslərin təsdiqi ilə müvafiq aktların tərtib edilməsi;
- Əvvəlki dövrlər üçün anbar, satış nöqtələri və ya istehsalat sahələrində aparılmış inventarizasiya nəticələrinin yoxlanılmasının təşkili, zəruri düzəlişlərin edilməsi üçün DNŞ - nin rəhbərinin məlumatlandırılması.
Tələb olunan bilik və bacarıqlar:
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- Kollektivdə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- İş təcrübəsi: Sahə üzrə 1-3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dillərini bilməsi üstünlükdür.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş qrafiki : 08:00-17:00;
- İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəsəbəsi).
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Proqram Təminatı üzrə Mütəxəssis
Son tarix 18 avq 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin icrası və proseslərin optimallaşdırılması;
- Proqram təminatlarının işləməsinə (bağlantının fasiləsizliyinin təminatına) nəzarət edilməsi;
- Tələbə əsasən proqram təminatı və proqram modullarının tərtibatının həyata keçirilməsi;
- Biznes tələblərinin təhlili və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;
- Proqramlaşdırma yazı qaydaları və stili təlimatında ehtiyac olan dəyişikliklərin təklifinin verilməsi və rəhbərin təsdiqi ilə dəyişikliyin həyata keçirilməsi;
- Hesabatların hazırlanması və təhlil edilməsi;
- Proqramların kodlaşması, analiz edilməsi və qeydiyyatının aparılması;
- Mövcud proqramlara dəstəyin verilməsi, ehtiyac yaranarsa düzəlişlərin aparılması;
- Gün ərzində yönələn sorğuların yerinə yetirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- C#, Java və OOP üzrə biliklər;
- Javascript, ReactJS üzrə biliklər;
- Database MS SQL (T-SQL) üzrə biliklər;
- Alqoritm bilikləri;
- Araşdırmaq və problem həll etmə bacarğı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Riyaziyyat və ya İnformatika ixtisası üzrə ali təhsil;
- Hər hansı bir proqramlaşdırma dilləri üzrə sertifikatların olması arzu olunandır;
- İş təcrübəsi : 2 il (Satış və distribyutor sahəsində);
- Dil bilikləri : Rus və İngilis dili biliyi üstünlükdür;
- Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram təminatı üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İstehsal və İnventar üzrə mühasib
Son tarix 18 avq 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- İstehsal əməliyyatlarının maliyyətinin hesablanması;
- İstehsal xərclərinin bölüşdürülməsi;
- İstehsal əməliyyatlarının yoxlanılması,plandan kənarlaşmaların aşkar edilməsi;
- Aylıq istehsal sahələrinin inventarizasiyasında iştirak edilməsi, sayım nəticələrinin qiymətləndirilməsi və sistemə daxil edilməsi;
- Məhsul resepturalarının sistemə daxil edilməsi;
- Anbar qalıqlarının uçotunun aparılması;
- İnventarların hərəkətlərindəki anbar qalıqlarına edilən dəyişikliklərə nəzarət edilməsi;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Daxili hesabatların hazırlanması və təqdim olunması;
- Debitor və kreditorların uçotunun aparılması.
Tələb olunan bilik və bacarıqlar:
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Kollektivdə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Maliyyə və ya mühasibatlıq ixtisası üzrə bakalavr dərəcəsi;
- ERP proqramları üzrə biliklər;
- Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
- İş təcrübəsi : Maliyyə sahəsi üzrə 1-3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta);
- Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı (Excel bilikləri yüksək səviyyədə).
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri : Bakı ş., Aşıq Molla cümə küçəsi, 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsal və inventar üzrə mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.