Auditor
Son tarix 01 may 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
-
Audit planları və proqramları əsasında daxili audit yoxlamalarının həyata keçirilməsi;
-
Şirkətin siyasətləri, prosedurları, standartları və digər normativ sənədlərinin qiymətləndirilməsi;
-
Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərinin tətbiq edilməsinə dair rəyin bildirilməsi;
-
Korporativ idarəetmənin qiymətləndirilməsi ilə bağlı testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi;
-
Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması;
-
Aktivlərin qorunması istiqamətində yoxlamaların həyata keçirilməsi və yoxlama nəticələrinin təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
-
Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydaları üzrə biliklər;
-
Audit standartları üzrə biliklər;
-
Audit yoxlamaları sonrası hesabatın hazırlanma qaydaları üzrə biliklər;
-
Vergi Məcəlləsinin tətbiqi üzrə praktiki biliklər;
-
Analitik düşüncə.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-
Ali təhsil (Mühasibat uçotu və audit, İqtisadiyyat, Maliyyə ixtisası üzrə Ali təhsil üstünlük hesab olunur);
-
Mühasibatlıq və ya Audit sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
-
MS Office (Excel, Word, Outlook) proqramları üzrə praktiki biliklər;
-
Unity və Logo proqramları üzrə biliklər arzuolunandır.
İş şərtlərimiz:
-
İş qrafiki : Tam iş günü (5 gün);
-
İş saatları: 08:00-dən 17:00-dək;
-
İş yeri : Avrora Sənaye Parkı, Hökməli qəsəbəsi.
Biz nə təklif edirik:
-
Əmək bazarında rəqabətli əmək haqqı;
-
İşçilərə qayğı proqramı;
-
Peşəkar komanda mühiti;
-
Nahar;
-
Şirkət hesabına korporativ nömrə;
-
Təlim və inkişaf imkanları;
-
Həyat sığortası (könüllü).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Auditor” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İxrac logistikası üzrə mütəxəssis
Son tarix 01 may 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
-
Sifarişlərin planlamada yerləşdirilməsi;
-
Mövcud mal-material və xammal stokuna uyğun sifarişlərin redaktə olunması;
-
Redaktə olunmuş sifarişlərin müştərilərlə razılaşdırılması;
-
Müxtəlif marşrut və istiqamətlərdə, müxtəlif nəqliyyat növlərinin araşdırılması, optimal variantların xarici logistika şöbə rəhbəri ilə razılaşdırılması;
-
Malın ixracı üçün FOB, DAP, CFR, CİF şərtləri zamanı nəqliyyatın təşkil olunması, logistika bölməsi ilə kommunikasiya;
-
Yükləmə prosesinə və yükün standartlara uyğun yüklənməsinə, yükün təhlükəsizliyinin təmin edilməsi və s kimi proseslərə nəzarət edilməsi;
-
İxrac zamanı tələb olunan sənədlərin dövlət orqanları və ya nəqliyyat şirkətlərindən alınıb, logistika şöbəsinə təqdim olunması: CT-1, Ekspertiza Aktı, Fito-sanitar sertifikatı, Healty Certificate, Free Sale Certificate, CMR, TİR Cornet, D/Y qaiməsi, B/L və s kimi sənədlər;
-
Müştəri istəyi ilə nümunələrin İxrac olunması (gömrüklənməsi).
Tələb olunan bilik və bacarıqlar:
-
İxrac logistikası və ixracat üzrə biliklər
-
Məhsulların xüsusiyyətləri və daşınması qaydası,
-
Sənədləşməsi,
-
İxracata hazırlanması,
-
Logistika kanallarının araşdırılması,
-
Yüklərin göndərilməsi və izlənməsi,
-
Ünsiyyət bacarığı;
-
Risklərin dəyərləndirilməsi bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-
Təhsil : İqdisadiyyat və idarəetmə üzrə ali təhsil (bakalavr);
-
İş təcrübəsi : İxrac logistikası üzrə minimum 1 il iş təcrübəsi;
-
Dil bilikləri : İngilis və Rus dillərini danışıqlar və işgüzar yazışmaları apara biləcək səviyyədə bilməsi,
İş şərtlərimiz:
-
İş qrafiki : Tam iş günü (5 gün);
-
İş saatları: 09:00-dən 18:00-dək;
-
İş yeri : STN Biznes Mərkəzi.
Biz nə təklif edirik:
-
Əmək bazarında rəqabətli əməkhaqqı;
-
İşçilərə qayğı proqramı;
-
Peşəkar komanda mühiti;
-
Nahar;
-
Şirkət hesabına korporativ nömrə;
-
Təlim və inkişaf imkanları;
-
Həyat sığortası (könüllü);
-
Yanacaq kartı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İxrac logistikası üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vergi Hesablamaları üzrə Mühasib
Son tarix 01 may 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
-
Bank çıxarışlarının işlənməsi;
-
Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
-
Debitor və kreditor hesablaşmalarına nəzarət olunması;
-
BTP proqramında (ƏDV, Mənfəət, Əmlak, Torpaq) hesabatların tərtib edilməsi;
-
Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsinin təşkil edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
-
Vergi Məcəlləsi üzrə ümumi biliklər;
-
Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
-
Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
-
Onlayn kargüzarlıq və e-qaimə portallarından istifadə etmə bacarığı;
-
ACCA sertifikatı üstünlük hesab olunur.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-
Təhsil : Ali (Riyazi və ya İqtisadi ixtisaslar üstünlük hesab olunur);
-
İş təcrübəsi: Vergi sahəsi üzrə minimum 2 il;
-
Kompüter bilikləri: Microsoft Office (xüsusilə MS Excel) və 1C proqramlarında işləmək bacarığı.
İş şərtlərimiz:
-
İş qrafiki : Tam iş günü (5 gün);
-
İş saatları: 09:00-dən 18:00-dək;
-
İş yeri : STN Biznes Mərkəzi.
Biz nə təklif edirik:
-
Əmək bazarında rəqabətli əməkhaqqı;
-
İşçilərə qayğı proqramı;
-
Peşəkar komanda mühiti;
-
Nahar;
-
Şirkət hesabına korporativ nömrə;
-
Təlim və inkişaf imkanları;
-
Sağlamlıq sığortası;
-
Həyat sığortası (könüllü).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Vergi Hesablamaları üzrə Mühasib” yazaraq ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.