Avrora
Treyd Marketinq üzrə Menecer
Son tarix 17 fev 2025 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlanması və reallaşdırılması;
- Portfelində mövcud olan məhsullar üzrə aylıq satış planlarını təqib edir, proseslərə uyğun qərarlar alıb, icrasının təmin edilməsi;
- Əməkdaşların mütəmadi olarq ticarət nöqtələrini ziyarət edərək məhsulların/brendlərin təyin edilmiş şirkət standartları və müqavilə şərtləri, planoqramlar əsasında düzülüşünün yoxlanılması ilə bağlı hesabatların təhlil edilməsi;
- Dövri olaraq qiymət indeksinin analiz nəticələrinə uyğun tədbirlərin görülməsi;
- Məhsul çeşidi əsasında və ötən ayın satış və geri qaytarma, anbar qalığı, büdcə sərfiyyatı nəticələrinin təhlil edilməsi;
- Məhsul portfelinə uyğun qiymət strategiyalarının təhlil edilməsi və müvafiq hesabatlara uyğun planın hazırlanması;
- Reklam materiallarının sifariş olunması və ərazidə düzgün yerləşdirilməsinə nəzarət edilməsi;
- Portfelinə daxil olan məhsulların ticarət nöqtələrində tətbiq edilən şirkət standartlarında (checklist) hər hansı dəyişiklik nəzərdə tutulduqda satış komandasını müvafiq məlumatlarla tanış olunmasının təmin edilməsi;
- Fəaliyyəti haqda mütəmadi olaraq üst rəhbərə hesabatların verilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Güclü analitik düşüncəyə malik olması;
- MS Office (xüsusilə Excel və PowerPoint) proqramları yaxşı səviyyədə bilməsi;
- Kollektivdə işləmə bacarığı;
- Yaxşı ünsiyyət və təşkilati bacarıqlar.
- Təchicazt,biznesin idarə edilməsi, iqtisadiyyat sahəsində bakalavr və ya magistr təhsili
- CIPS sertifikatı üstünlükdür
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznes istiqamətində);
- Treyd Marketinq sahəsində min 2 illik təcrübə ( FMCG təcrübəsi üstünlükdür);
- İngilis və Rus dili bilikləri üstünlükdür.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Dinamik və yaradıcı komanda;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları;
- Nahar şirkət tərəfindən təmin edilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Treyd Marketinq üzrə Menecer” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.