Avrora
Maliyyə analizi şöbəsinin Rəhbəri
Son tarix 02 iyn 2024 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə faəliyyətinə aid analizlərin aparılması:
- Satışın effektivlik analizinin aparılması;
- Maya dəyərinin analizinin aparılması;
- Mənfəətlilik hesabatının analiz edilməsi;
- Threshold-lar üzrə analizlərin aparılması;
- Digər xərc maddələrinin analizlərinin aparılması;
- Şirkətin maliyyə vəziyyətinə aid analizlərin aparılması:
- Debitor, Kreditor, İnventar və başqa balans hesab maddələrinin analizlərinin aparılması;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın fakt və büdcə üzləşmələrinin aparılması;
- İnvestisiya layihələri üzrə fakt və büdcə üzləşmələrinin və ilkin büdcənin təsdiqi üzrə analizlərin aparılması.
Tələb olunan bilik və bacarıqlar:
- ACCA üzrə minimum FA, FR, MA, PM və FM imtahanlarından müvəffəqiyyətlə keçmək;
- Liderlik və idarəetmə bacarıqları;
- Analitik bacarıqlar;
- Risklərin və konliktlərin idarə edilməsi;
- Səlahiyyətlərin ötürülməsi bacarığı;
- Ünsiyyətqurma bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali;
- Maliyyə, Hesabatlılıq və ya Maliyyə analizi istiqamətləri üzrə 1 ili rəhbər olmaqla 3 illik təcrübə;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, İngilis dili biliyinin yaxşı səviyyədə olması;
- Kompüter bilikləri: MS Office proqramları ilə işləmək bacarığı.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə analizi şöbəsinin rəhbəri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.