Avrora şirkəti
Maliyyə Analitiki
Son tarix 15 apr 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- İnvestisiya layihələrinin təhlili üçün lazımi məlumatların toplanılmasının təmin edilməsi;
- İnvestisiya layihələrinin modelləşdirilməsi və müəyyən edilmiş təhlillərin aparılması;
- İnvestisiya layihələrinin nəticələri üzrə təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- 3-cü tərəflərə lazımi hesabatların vaxtı-vaxtında təqdim edilməsi;
- Rəhbərlik tərəfindən müəyyən edilən digər hesabatların hazırlanması, təhlil edilməsi və təqdimatın hazırlanması.
Tələb olunan bilik və bacarıqlar:
- Beynəlxalq maliyyə hesabatı standartlarının hazırlanması üzrə biliklər;
- CFA Level 1 və ya 2 sertifikatları (üstünlük hesab olunur);
- Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
- Maliyyə modelləşdirilməsi üzrə biliklər;
- Analitik və strateji düşüncə;
- Problemləri həll etmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil : Ali ( İqtisadiyyat, Maliyyə və ya Biznesin idarə olunması ixtisasları üzrə);
- İş təcrübəsi : Minimum 3 il (Bank sahəsində təcrübə üstünlük hesab olunur);
- Dil bilikləri : Azərbaycan (səlis) və İngilis dilləri (səlis), Rus dili biliyi üstünlük hesab olunur.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-dən 18:00-dək;
- İş yeri : STN Biznes Mərkəzi.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları;
- Sağlamlıq sığortası;
- Həyat sığortası (könüllü).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə Analitiki” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.