Avrora
Daxili audit departament rəhbəri
Son tarix 13 okt 2024 - [email protected]
Biz kimik?
Avrora MMC artıq 30 ildir ki, ölkəmizin qida və içki istehsalı və distribüsiyası sahəsində aparıcı qüvvələrindən biridir. Şirkətimizin istehsal sahələri qazlı vitaminləşdirilmiş içkilər, un, makaron, qənnadı, karbon qazı və polietilen məhsulları istehsalı sahələridir. Beynəlxalq standardlara cavab verən fabriklərimizdə Doymak, Lafarella, Günaydın, Tanelli markalı makaronlar, Doymak və Günaydın markalı unlar, Bizon, Berg Glucose, Berg Skyline qazlı vitaminləşdirilmiş içkilər, GO və Stolichnaya spirtli kokteyllər, Çinarlı süfrə suyu, Kreki krekerləri, Sladena və Barovski peçenyeləri, Lafarella və Sladok vafliləri və digər brendlər istehsal olunur. Şirkətimiz ölkəmizdə qida sektoruna verdiyi töhfələrlə yanaşı, həm də insan kapitalının inkişafına qoyulan investisiyalar və uğurla yerinə yetirilmiş korporativ sosial məsuliyyət layihələriylə tanınır.
Əsas vəzifə öhdəlikləri:
- Daxili auditlə bağlı illik strategiyaların hazırlanması;
- İllik daxili audit planının hazırlanması və yoxlanışının həyata keçirilməsinə nəzarət edilməsi;
- Departamentin illik büdcəsinin hazırlanması, büdcənin yenilənməsi, departament xərclərinin büdcəyə uyğunluğuna nəzarətin həyata keçirilməsi;
- Periodik auditlərin koordinasiya edilməsi;
- Audit planları və proqramları əsasında daxili audit yoxlamalarının aparılmasının təmin edilməsi;
- Risklərin və əməliyyatların analiz edilməsinin təmin edilməsi;
- Risklərin qiymətləndirilməsi və risklərin idarə edilməsində prosedurların tətbiqinin effektivliyinin yoxlanılması və qiymətləndirilməsinin təmin edilməsi;
- Sübutların müəyyən edilməsi, nəzərdən keçirilməsi və təhlil edilməsi ilə bağlı proseslərin təşkil edilməsi;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsinin təmin edilməsi;
- Nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsinin təmin edilməsi;
- Şirkətdə korporativ idarəetmə prosesinin qiymətləndirilməsi və təkmilləşdirilməsinə dair tövsiyələrin verilməsi;
- Qayda və prosedurların həyata keçirilməsinin yoxlanılması və qiymətləndirilməsi;
- İcra strukturlarının daxili idarəetmə qaydalarına və risklərə (ölçülə bilən və ölçülə bilməyən) nəzarət etməsinin yoxlanılması və qiymətləndirilməsi;
- Aktivlərin qorunması sistemlərinin yoxlanılması və qiymətləndirilməsinin təmin edilməsi;
- Müəssisədaxili konfidensiallığın qorunmasına riayət edilməsi;
- Audit nəticəsində müəyyən edilmiş uyğunsuzluqlar haqqında audit hesabatlarının hazırlanması və üst rəhbərliyə təqdim edilməsi;
- Audit nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların yoxlanılması;
- Audit etik qaydalarına uyğun olaraq davranılması.
Tələb olunan bilik və bacarıqlar:
- Liderlik bacarığı;
- Konfliktlərin idarə edilməsi bacarığı;
- Problem həlletmə bacarığı;
- Səlist və aydın danışıq qabiliyyətinin olması;
- Diqqətlilik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Rus və ya ingilis dili yaxşı səviyyədə;
- Kompüter bilikləri: MS Office proqramları yaxşı səviyyədə;
- Audit və ya Maliyyə sahəsində sertifikatlarının olması arzuolunandır.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri: Baki şəh., Aşıq Molla Cümə küç., 46C..
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili Audit Departamentinin Rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Daxili nəzarət departament rəhbəri
Son tarix 13 okt 2024 - [email protected]
Biz kimik?
Avrora MMC artıq 30 ildir ki, ölkəmizin qida və içki istehsalı və distribüsiyası sahəsində aparıcı qüvvələrindən biridir. Şirkətimizin istehsal sahələri qazlı vitaminləşdirilmiş içkilər, un, makaron, qənnadı, karbon qazı və polietilen məhsulları istehsalı sahələridir. Beynəlxalq standardlara cavab verən fabriklərimizdə Doymak, Lafarella, Günaydın, Tanelli markalı makaronlar, Doymak və Günaydın markalı unlar, Bizon, Berg Glucose, Berg Skyline qazlı vitaminləşdirilmiş içkilər, GO və Stolichnaya spirtli kokteyllər, Çinarlı süfrə suyu, Kreki krekerləri, Sladena və Barovski peçenyeləri, Lafarella və Sladok vafliləri və digər brendlər istehsal olunur. Şirkətimiz ölkəmizdə qida sektoruna verdiyi töhfələrlə yanaşı, həm də insan kapitalının inkişafına qoyulan investisiyalar və uğurla yerinə yetirilmiş korporativ sosial məsuliyyət layihələriylə tanınır.
Əsas vəzifə öhdəlikləri:
- Tabeliyində olan şöbələrin strategiyasının hazırlanması;
- Departamentin illik yoxlama planının hazırlanması və departamentin fəaliyyətinin təşkil edilməsində iştirak edilməsi;
- Şirkətdaxili komissiyalarda, işçi qruplarda təmsil olunmaq və nəzarət mühitinin formalaşması üzrə qaydaların formalaşması proseslərində iştirak edilməsi;
- Departamentin illik büdcəsinin hazırlanması, büdcənin yenilənməsi, departament xərclərinin büdcəyə uyğunluğuna nəzarətin həyata keçirilməsi;
- İllik daxili nəzarət planının risk dəyərləndirməsi əsasında prioritetləşdirilməsi;
- Nəzarət mühitinin səmərəliliyini təmin etmək məqsədi ilə uyğunsuzluqların analiz edilməsi, qiymətləndirilməsi;
- Daxili nəzarət yoxlama planları və proqramları əsasında daxili nəzarət yoxlamalarının aparılmasının təmin edilməsi;
- Daxili nəzarət planına uyğun olaraq iş yükünün tabeliyində olan əməkdaşlar arasında bölgüsünün təmini, icra və xidmət intizamına riayət edilməsinə nəzarətin təşkil edilməsi;
- Proseslərin idarə edilməsində prosedurların tətbiqinin effektivliliyinin yoxlanılması və qiymətləndirilməsinin təmin edilməsi;
- Daxili nəzarət yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirilməsi;
- Daxili nəzarət mühitinin qiymətləndirilməsi, çatışmazlıqların müəyyən edilməsi, rəhbərliyə uyğun dəyişikliklərin tövsiyə edilməsi və nəzarətedici fəaliyyətlərdə iştirak edilməsi;
- Struktur bölmələrinin fəaliyyəti zamanı aşkar edilmiş uyğunsuzluqlar və onların yaranma səbəblərinin araşdırılması, araşdırma nəticələri ilə bağlı ortaya çıxarılmış çatışmazlıqlar və səhvlərin analiz edilməsi, onların aradan qaldırılması üçün tənzimləyici fəaliyyətin təmin edilməsi;
- Uyğunsuzluqların aradan qaldırılması və minimuma endirilməsi məqsədi ilə istifadə edilən prosedurlarda təkmilləşdirici təkliflərin verilməsinin təmin edilməsi;
- Təsdiqlənmiş tövsiyələrin icra statusuna nəzarətin təmin edilməsi;
- Aktivlərin qorunması və səmərəli istifadəsinə nəzarətin təmin edilməsi, sahələrdə planlı və plandankənar sayımların həyata keçirilməsinin təşkil edilməsi;
- Likvid olmayan mal və materialların silinmə proseslərinə nəzarətin təşkil edilməsi;
- Daxili nəzarət fəaliyyətlərinin nəticələrinə dair hesabatların, rəyin təhlil edilməsi;
- Departament əməkdaşları tərəfindən yoxlamaların obyektiv, qərəzsiz və təsirlərə məruz qalmadan icra edilməsi vəziyyətinin qiymətləndirilərək tədbirlər alınması, yoxlama ilə bağlı əldə olunmuş məlumatların konfidensiallığının qorunmasına riayət edilməsi;
- Daxili nəzarət departamenti əməkdaşlarının əmək intizamı, davamiyyət və etik davranış kodeksi üzrə mütəmadi məlumatlandırılması və şərtlərə riayət edilməsinə nəzarət edilməsi;
- Departament əməkdaşlarının fəaliyyətinin dəyərləndirilməsi və fərdi inkişafları üzrə tədbirlərin həyata keçirilməsi;
- Şirkət rəhbəri və aidiyyəti struktur rəhbəri tərəfindən şirkət hədəflərinə xidmət edən digər tipli yoxlamaların icrasının təmin edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Liderlik bacarığı;
- Konfliktlərin idarə edilməsi bacarığı;
- Problem həlletmə bacarığı;
- Səlist və aydın danışıq qabiliyyətinin olması;
- Diqqətlilik.
- Təhsil: Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Rus və ya ingilis dili yaxşı səviyyədə;
- Kompüter bilikləri: MS Office proqramları yaxşı səviyyədə;
- Audit və ya Maliyyə sahəsində sertifikatlarının olması arzuolunandır.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş yeri: Baki şəh., Aşıq Molla Cümə küç., 46C..
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.