Avrora
Məhsul Meneceri (Spirtli içki və Süd məhsulları üzrə)
Son tarix 06 apr 2026 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlaması və reallaşdırması;
- Məhsul çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və SKU optimazasiyasının aparılması;
- Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımi tədbir planının hazırlanması;
- Portfelində mövcud olan məhsulların, tədbir planına əsasən, zəruri reklam materiallarının formatının, sayının, növünün və büdcəsinin təhlil edilməsi, ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi;
- Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasının və aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
- Cari və növbəti illər üçün menecerə həvalə edilmiş kateqoriya üzrə satış və mənfəətlilik planlarını təhlil edilməsi;
- Marketinq planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
- Brend üzrə qiymət siyasətini mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi;
- Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı və bunun üçün tələbat), istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.
Tələb olunan bilik və bacarıqlar:
- Güclü analitik düşüncə qabiliyyəti;
- Detallara diqqət yetirmək qabiliyyəti;
- Excel , Power BI, PowerPoint proqramları üzrə yüksək biliklər;
- SAP proqramı üzrə biliklər üstünlükdür;
- Spirtli içki və Süd məhsulları kateqoriyaları üzrə yüksək biliklər;
- Qlobal və ya beynəlxalq brendlərin idarə edilməsi təcrübəsi;
- Marketinq büdcəsinin (A&P) idarə olunması;
- Marketinq kampaniyalarının icrası;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali təhsil (Marketinq, İqtisadiyyat, Maliyyə və bu istiqamətlər üzrə minimum bakalavr dərəcəsi);
- İş təcrübəsi: Məhsul Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi (FMCG sektorunda təcrübə üstünlükdür);
- Dil bilikləri: Rus dil biliyi mütləq, İngilis dili biliyi arzuolunandır.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul Meneceri (Spirtli içki və Süd məhsulları üzrə)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.












