Avrora
Proqram Təminatı üzrə mütəxəssis
Son tarix 05 sen 2025 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin və proseslərin optimallaşdırılmasının icra edilməsi;
- Proqram təminatlarının işləməsinə nəzarət edilməsi və bağlantının fasiləsizliyinin təmin edilməsi;
- Rəhbərin tapşırıqlarına əsasən proqram təminatı və proqram modullarının tərtibatının həyata keçirilməsi;
- Biznes tələblərinin təhlil edilməsi və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;
- Proqramlaşdırma yazı qaydaları və forması təlimatında ehtiyac olan dəyişiklik təklifinin verilməsi və rəhbərinin təsdiqi ilə dəyişikliyin həyata keçirilməsi;
- Hesabatların hazırlanması və təhlil edilməsi;
- Proqramların kodlaşması, analiz edilməsi və qeydiyyatının aparılması işlərinin icra edilməsi;
- Mövcud proqramlara dəstək verilməsi, ehtiyac yaranarsa, düzəlişlər edilməsi;
- Proqram dəyişikliklərinin ilkin testlərinin edilməsi;
- Proqramların texniki sənədlərinin hazır edilməsi və versiya dəyişikliklərinə uyğun olaraq sənədlərdə lazımi dəyişikliklərin edilməsi;
- Proqramların optimal və performanslı işləməsinin təmin edilməsi;
- Gün ərzində yönələn sorğuların icra edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Güclü alqoritmik və məntiqi düşünmə bacarığı;
- Komanda ilə işləmək bacarığı və açıq ünsiyyət;
- Məsuliyyətli və təşəbbüskar yanaşma;
- Özünü inkişaf etdirmək istəyi və yeni texnologiyalara maraq;
- Kompleks sistemlərin inkişafı ilə bağlı müxtəlif layihələrdə iştirak;
- RESTful API dizayn və implementasiyası üzrə praktiki təcrübə;
- Asinxron sistemlər və mesajlaşma mexanizmləri ilə iş təcrübəsi – RabbitMQ;
- MS SQL verilənlər bazası ilə iş bacarığı;
- MyBatis ilə işləmə təcrübəsi;
- Versiya nəzarət sistemləri ilə işləmə bacarığı;
- Docker, Linux və digər müvafiq alətlər üzrə başlanğıc səviyyədə anlayış;
- Kodun oxunaqlılığı, təmiz arxitektura və performans baxımından optimallaşdırma vərdişləri;
- Microservices arxitekturası ilə təcrübə üstünlükdür;
- Unit və integration test yazmaq təcrübəsi (JUnit, Mockito və s.) üstünlükdür;
- Sistem dizaynı və arxitektura üzrə biliklər üstünlükdür;
- Satış prosesləri ilə bağlı layihələrdə və ya komandada iş təcrübəsi üstünlükdür;
- SAP ERP sisteminə dair ümumi anlayışı olan və SAP ilə inteqrasiya proseslərində iştirak etmiş namizədlər üstünlükdür.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təcrübə: 5 ildən artıq (Java və Spring Boot texnologiyaları üzrə);
- Təhsil: Ali (Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları ixtisası üzrə). minimum bakalavr dərəcəsi);
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram Təminatı üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.