Avrora
Əsas vəsaitlər üzrə kiçik mütəxəssis
Son tarix 08 iyn 2025 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Alınan əsas vəsaitlərin və onların ehtiyat hissələrinin uçotunun aparılması;
- Uzunmüddətli investisiya qoyuluşları üzrə alınan mal və materialların, görülən xidmətlərin yoxlanılıb aidiyyəti büdcə maddələri üzrə uçotda əks etdirilməsi;
- Təqdim olunan invosyların müqavilə şərtinə görə yoxlanılıb ödənişə təqdim edilməsi;
- İdxal olunan əsas vəsaitlərin girişi edilməsi və aidiyyəti xərclərin idxal əsas vəsaitin üzərinə dağıdılması;
- İdxal ehtiyat hissələrinin giriş edilməsi, xərclərin ehtiyat hissələrinin üzərinə dağıdılması;
- İstifadəyə yararsız əsas vəsaitlərə baxış keçrilməsi, akt tərtib edilməsi və balansdan silinmə prosesinin təmin edilməsi;
- İllik əsas vəsaitlərin inventarizasiyasının aparılması;
- Təchizatçılarla yarımillik və illik üzləşmənin həyata keçirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- MS Office proqramlarında (xüsusilə Excel) yaxşı səviyyədə işləmə bacarığı;
- ACCA F3/FA sertifikatı olanlara üstünlük verilir;
- Komandada işləmə bacarığı;
- Stressə dözümlülük;
- Vaxtın idarə edilməsi.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali (Maliyyə və mühasibatlıq sahəsində);
- İş təcrübəsi: Müvafiq sahədə 1 il iş təcrübəsi;
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri: Aşıq Molla Cümə, 46C.
- İş saatı: 09:00-18:00
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Nahar;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əsas vəsaitlər üzrə kiçik mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.