Avrora
İR Əməliyyatları üzrə Bölməsinin rəhbəri
Son tarix 13 apr 2025 - [email protected]
Əsas vəzifə öhdəlikləri
- Qanunvericiliyin tələblərinə uyğun olaraq, hər bir işçinin şəxsi işinin aparılmasına, işçiyə aid bütün sənədlərin işçinin şəxsi işinə əlavə edilməsinə nəzarət etmək
- İşçilərin illik məzuniyyətlərinin planlanmasını hazırlamaq, növbəlilik cədvəllərinin və əvəzetmə planlarını tərtib etmək və onların icrasını təqib etmək
- Sənədləşmə prosesi ilə bağlı məsələləri koordinasiya etmək
- İşçilərlə əlaqədar əmrlərin hazırlanıb, imzalanması və icraçılara düzgün çatdırılması işini təşkil etmək;
- İşçilər ilə bağlı yaranmış nizam-intizam məsələlərində prosesin idarə edilməsi;
- Dövlət idarəetmə orqanlarına, eyni zamanda şirkətin rəhbərliyinə və digər təşkilatlara təqdim ediləcək kadrlarla bağlı hesabatları hazırlamaq və vaxtında təqdim etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtlı-vaxtında və dəqiq icra etmək.
Tələb olunan bilik və bacarıqlar
- Yüksək səviyyədə AR Əmək məcəlləsi bilikləri;
- Analitik düşüncə və problem həll etmək bacarığı;
- Yaxşı səviyyədə MS Excel biliyi,
- İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
- İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı.
- ƏMAS Hökümət portalını mükəmməl bilməli
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri
- Müvafiq sahə üzrə ən az 3-5 il iş təcrübəsi;
İş şərtlərimiz
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İR Əməliyyatlar üzrə Bölmə Rəhbəri” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.