Avrora
Hazır Məhsul Xammal Satınalma Şöbəsinin Rəhbəri
Son tarix 07 sen 2024 - [email protected]
Avrora MMC artıq 30 ildir ki, ölkəmizin qida və içki istehsalı və distribüsiyası sahəsində aparıcı qüvvələrindən biridir. Şirkətimizin istehsal sahələri qazlı vitaminləşdirilmiş içkilər, un, makaron, qənnadı, karbon qazı və polietilen məhsulları istehsalı sahələridir. Beynəlxalq standardlara cavab verən fabriklərimizdə Doymak, Lafarella, Günaydın, Tanelli, Harika markalı makaronlar, Doymak, Harika və Günaydın markalı unlar, Bizon, Berg Glucose, Harika, Berg Skyline qazlı vitaminləşdirilmiş içkilər, GO və Stolichnaya spirtli kokteyllər, Çinarlı süfrə suyu, Kreki krekerləri, Sladena və Barovski peçenyeləri, Lafarella və Sladok vafliləri və digər brendlər istehsal olunur. Şirkətimiz ölkəmizdə qida sektoruna verdiyi töhfələrlə yanaşı, həm də insan kapitalının inkişafına qoyulan investisiyalar və uğurla yerinə yetirilmiş korporativ sosial məsuliyyət layihələriylə tanınır.
Əsas vəzifə öhdəlikləri
- Malların alınması üzrə əməliyyatların, ərzaq məhsullarının və xammaların alınması qaydalarının və prosedurunun həyata keçirilməsinin təmin edilməsi;
- Xammal müqavilələrinin bağlanması, müqavilələrə aid əlavələrin və spesifikasiyaların imzalanmasının təmin edilməsi;
- Proqram üzərindən daxil olan müqavilələrin Hüquq şöbəsinə getmədən öncə şirkətin mənfəətinə uyğun şərtlərinin yoxlanılması;
- Şöbədəki əməkdaşların “deadline” çərçivəsində fəaliyyət göstərmələrinin təmin edilməsi;
- Planlama tərəfindən açılan sifarişlərin izlənməsini, icra edilməsini və Logistika Departamentinə yönləndirilməsinin təmin edilməsi;
- Tədarükçülərlə hesablaşma qaydasını müəyyənləşdirilməsi və razılaşdırılması;
- Stock out ilə bağlı dataların analiz edilməsi;
- Strateji məhsulların analiz edilməsi;
- Sifarişlərin analiz edilməsi;
- Hazır məhsulun tədarükünün təmin edilməsi;
- Alış planları və təmin olunma ilə bağlı tədarükçülər ilə müzakirələrin aparılması;
- Hazır Məhsul/ Xammal məhsulları üzrə tenderlərin təşkil edilməsi;
- Bazar araşdırmasının aparılması, yeni tədarükçülərin cəlb edilməsi.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri
- Ünsiyyət bacarığı;
- İdarəetmə bacarığı;
- Nəticəyönümlülük;
- Analitik düşüncə;
- Punktuallıq;
- Diqqətlilik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri
- Təhsil: Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
- İngilis dilini yüksək səviyyədə bilməli, rus dili biliyi arzuolunandır;
- CIPS sertifikatının olması üstünlükdür;
- Kompüter bilikləri: MS Office yaxşı səviyyədə.
İş şərtlərimiz
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C..
Biz nə təklif edirik
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Hazır Məhsul/Xammal Satınalma Şöbəsinin Rəhbəri ” yazaraq email ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.