Avrora
Laboratoriya Bölmə Rəhbəri
Son tarix 27 iyl 2024 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Laboratoriyaya ümumi rəhbərlik, yeni iş təlimatlarının hazırlanması, analiz və sınaqların aparılmasının keyfiyyətinə nəzarət, xüsusi analizlərin aparılması, hesabatların hazırlanması, kalibrasiya işlərinin təşkili və həyata keçirilməsi;
- Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarəti təmin etmək;
- Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin etmək;
- Xammalların, köməkçi materiallarının və istehsal olunan məhsulların sınağını normativ sənədlərdə göstərilən üsul və qaydalara uyğun şəkildə yerinə yetirmək;
- Laboratoriyada olan sınaq avadanlıqlarından , cihazlarından və ölçmə vasitələrindən təlimata uyğun istifadəni təmin etmək;
- Laboratoriya qeydiyyat jurnallarının doldurulmasını və onların saxlanmasını müəyyən olunmuş qaydada yerinə yetirməsinə nəzarəti həyata keçirmək;
- Məhsulun keyfiyyətinə gələn şikayətlərin və zay məhsul istehsalının səbəblərinin araşdırılmasında iştirak etmək;
- Yeni sınaq avadanlıqlarının və ölçmə vasitələrinin istifadə olunmasını mənimsəyib tətbiq etmək;
- Sınaq nəticələrini və sınaq protokollarını hazırlamaq;
- İxrac olunan məhsulların keyfiyyət şəhadətnamələrinin hazırlanmasına nəzarət edilməsi.
- Əməkdaşların təlim ehtiyaclarını müəyyən edir, İnsan resurslarına bildirir və təlimlərin gerçəkləşdirilməsini tələb edir.
- Əməkdaşların ehtiyac yarandıqda sahələr üzrə rotasiyalarını aparır.
Tələb olunan bilik və bacarıqlar:
- Un, Makaron, Qənnadı və İçki sahələri üzrə laboratoriya analizlərini bilməli;
- Unun texniki göstəriciləri haqqında yüksək biliklər;
- İstehsal prosesini bilməli;
- İşdə dəqiqlik və detallara diqqət etmə qabiliyyəti;
- Ofis proqramları ilə işləmə bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- İş təcrübəsi: 3 ildən artıq (Un, Makaron, İçki və Qənnadı məhsulları istehsalı sahəsi üzrə)
- Təhsil: Ali (Kimya, Qida məhsulları mühəndisliyi üzrə).
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs);
- Servis şirkət tərəfindən təmin olunur;
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Laboratoriya Bölməsinin Rəhbəri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.