Avrora
Kimyaçı-mühəndis
Son tarix 06 fev 2023 [email protected]
Əsas vəzifə öhdəlikləri:
- İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət edilməsi;
- İstehsal olunan məhsullar üzrə xammal, yarımfabrikat və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyinin təyin edilməsi üçün laboratoriya analizlərinin aparılması;
- Hər gün istehsal olunan məhsulların qeydiyyatının aparılması;
- Testlərin icrası zamanı müşahidələrin və nəticələrin müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd edilməsi;
- Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət edilməsi, bu zaman yaranan qeydlərin qayda ilə səliqəli şəkildə, tam dolğun aparılması.
Tələb olunan bilik və bacarıqlar:
- Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Spirtli içki istehsalı sahəsində çalışma imkanının olması.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali bakalavr (kimya, biologiya sahəsində);
- İş təcrübəsi: Kimyaçı - laborant və ya laborant- mikrobioloq olaraq minimum 1 il iş təcrübəsi (Qida istehsalı sahəsi üzrə təcrübə üstünlükdür);
İş şərtlərimiz:
- İş qrafiki : Növbəli;
- İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs);
- Nahar və servis şirkət tərəfindən təmin olunur;
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kimyaçı-mühəndis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.