Avrora
Tikinti və ümumi alışlar üzrə satınalma mütəxəssisi
Son tarix 16 iyl 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Satınalma tələblərinin qəbulu və təmin olunması;
- Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
- Şirkəti mal-material və avadanlıqlarla təmin etmk;
- Tədarükçülərlə işgüzar yazışma və danışıqların aparılması;
- Tədarükçülərlə münasibətlərin idarə olunması.
- Qiymət araşdırılması, tenderlər və kotirovka sorğularının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
- Struktur daxili müfaviq hesabatların hazırlanması;
Tələb olunan bilik və bacarıqlar:
- Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət;
- İnandırma və problem həlletmə bacarığı;
- Nəticəyönümlülük və punktuallılıq;
- Təşəbbüskarlılıq və tələbkarlılıq;
- Satınalmalar üzrə mütəxəssis qismində böyük təcrübəyə malik olmalı;
- Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklərə sahib olmalı;
- Analitik düşünmə qabiliyyəti;
- Xarici və daxili bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Yüksək ünsiyyət qurma bacarığı;
- MS Office proqramlarında yüksək səviyyədə biliklər;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali (Təchizat, Biznesin idarə edilməsi, İqtisadiyyat sahəsində bakalavr və ya magistr)
- CIPS sertifikatı üstünlükdür;
- Təcrübə: Analoji sahə üzrə minimum 2 illik iş təcrübəsi;
- Dil bilikləri: Rus və İngilis dili;
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46C;
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tikinti və ümumi alışlar üzrə satınalma mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır