Avrora
Avadanlıqlar üzrə satınalma mütəxəssisi
Son tarix 10 iyn 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Satınalma tələblərinin qəbulu və təmin olunması;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
- Şirkətin mal-material və avadanlıqlarla təmin edilməsi;
- Tədarükçülərlə işgüzar yazışma və danışıqların aparılması;
- Qiymət araşdırması, tenderlər və kotirovka sorğularının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyənləşdirilməsinə nəzarət olunması.
Tələb olunan bilik və bacarıqlar:
- Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsi üzrə biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığı;
- Yüksək ünsiyyət qurma bacarığı;
- MS Office proqramlarında yüksək səviyyədə biliklər;
- Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət;
- Nəticəyönümlülük;
- Təşəbbüskarlıq.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali (Təchizat, Biznesin idarə edilməsi, İqtisadiyyat sahəsində Bakalavr və ya Magistr təhsili);
- Təcrübə: Satınalma sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
- CIPS sertifikatı üstünlük hesab olunur;
- Dil bilikləri: Rus və İngilis dili üzrə ümumi biliklər.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Avadanlıqlar üzrə satınalma mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.