Nəzarət üzrə kiçik mütəxəssis
Son tarix 17 mar 2022 - [email protected]
Vəzifələr:
-
Təşkilatın daxili nəzarət sisteminin tətbiqinin müşahidə edilməsi;
-
Bütün növ iş sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi;
-
İllik sayım planına əsasən nəzərdə tutulmuş anbar sayımlarında iştirak edilməsi;
-
Nəzarət şöbəsinin rəhbəri və nəzarət üzrə aparıcı mütəxəssis tərəfindən yerində aşkarlanmasına ehtiyac olan əməliyyatlarda iştirak edilməsi;
-
Şöbə Rəhbəri tərəfindən verilmiş təlimatlar əsasında komissiyaların tərkibində, yoxlamalarda iştirak edilməsi;
-
Periodik olaraq anbar sahələrinə ziyarətlərin edilməsi, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması istiqamətində rəhbərlərin məlumatlandırılması;
-
İş proseslərinin müşahidəsi zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasında iştirak;
-
Daxili nəzarət mühitinin qiymətləndirilməsinə dair tapşırıqların yerinə yetirilməsi;
-
Anbarlarda mal və materialların silinmə prosesində iştirak edilməsi.
Tələblər:
-
Ali təhsil (Mühasibat uçotu və audit,idarəçilik, iqtisadiyyat, maliyyə );
-
2 ildən çox iş təcrübəsi (Mühasibatlıq/Maliyyə/Audit)
-
Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri;
-
Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
-
MS Office Excel (yaxşı səviyyədə)
İş şərtləri:
-
Həftədə 5 iş günü;
-
İş vaxtı: 08:00-dan 17:00-dək;
-
İş yeri: Hökməli qəs., Avrora Sənaye Parkı;
-
Nahar şirkət tərəfindən təmin olunur;
-
Əmək haqqı müsahibə nəticəsinə əsasən təyin ediləcək.
Biz nə təklif edirik:
-
Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
-
Təlim və inkişaf proqramlarının geniş çeşidi;
-
Mükəmməl peşəkar komanda və mehriban mühit;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Nəzarət üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.