Vakansiya: Nəqliyyat parkının avtomexanikiavromed
Qazax, Gəncə, Bərdə, Mingəçevir və Şəki satış regionlarına təkim olunmuş nəqliyyat vasitələrinin texniki cəhətdən sazlığını və istismara yararlı olduqlarını yoxlayacaq, avtomobillərə texniki qulluğun vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edəcək.
Bu iş avtomobildə nasazlıqları müəyyən etmək və onlara vaxtında reaksiya vermək, problemlərin həlli üçün planları hazırlamaq və həyata keçirmək, tələbatları müəyyən etmək və onlara dair lazımı addımlar atmaq üçün sübut edilmiş mexanik və koordinator bacarıqlarını tələb edir.
Vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitələrinin daim istismara yararlı vəziyyətdə olmasına nəzarət etmək.
- Avtomobillərin təhlükəsizlik standartlarına cavab verməsini təmin etmək.
- Avtomobillərin gündəlik reysqabağı yoxlanışlarını keçirtmək.
- Avtomobillərin gündəlik yoxlama vərəqələrinin düzgün doldurulmasına nəzarət etmək, vərəqələrdə qeydlərə diqqət yetirmək və ehtiyac olduqda lazımı tədbir görmək.
- Cəmiyyətin avtomobillərinə vaxtaşırı təsadüfi yoxlamalar keçirtmək.
- Avtomobildə baş vermiş nasazlıqları yerində aradan qaldırmaq, ehtiyac yaranarsa servis məntəqəsinə aparılmasını təşkil etmək.
- Servis məntəqəsində Cəmiyyətə məxsus avtomobillərin təmir proseslərini izləmək, təmir olunmuş avtomobilləri yoxlayıb təhvil almaq.
- Avtomobillərin sürücülərə təhvili və təslimi zamanı qüsur aktlarının tərtib olunması.
- Yol qəzası baş verdikdə hadisə yerinə getmək, ilkin məlumatları toplamaq və Rəhbərliyə göndərmək, ehtiyac olduqda qəzaların araşdırılmasında iştirak etmək.
- Cəmiyyət tərəfindən alınmış yeni avtomobilləri yoxlamaq, aktla qəbul etmək və aidiyyəti işçilərə aktla təhvil vermək.
- Cəmiyyətin mülkiyyətində olan nəqliyyat vasitələrini DYP texniki baxışa təqdim edilməsi üçün hazır vəziyyət gətirmək.
- Mütəmadi olaraq avtomobillərin akkumulyator və təkərlərinin, yanğınsöndürmə balonlarının, tibbi çantaların vəziyyətlərini yoxlamaq, istismar müddəti başa çatmış olanların yeniləri ilə əvəzlənməsini təmin etmək.
- Nəqliyyat vasitələrinə verilən avtoşinlərin, akkumulyatorların, təhlükəsizlik avadanlıqların, həmçinin ehtiyatda olan detalların qeydiyyatını aparmaq və tələb olunduqda hesabat təqdim etmək.
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrasını həyata keçirmək.
Tələblər:
- Təhsil – ali (mexanik)
- Avtomobilin quruluşuna dair nəzəri biliklərlə yanaşı avtomexanik təcrübəsi.
- Dil bilikləri: Azərbaycan dilində səlis danışıq qabiliyyəti, Rus dili arzuolunandır;
- Məhsuliyyətli, şəxsi heyətlə düzgün münasibət qurma bacarığı.
Maraqlananlar CV-lərini elektron ünvanına 13.06.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Nəqliyyat parkının avtomexaniki – Gəncə” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Namizədlər CV-ləri [email protected] email adresinə göndərə bilər.