Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.
Şirkət Hesabatlıq və büdcələmə şöbəsinin mütəxəssisi vəzifəsinə təcrübəli işçi dəvət edir.
- Şirkətin funksional vahidlərinin məlumatlarına əsasən büdcə tərtib edir və təqdim edilən büdcə təqdimatlarının mümkün risklərə məruz qalıb-qalmamaları baxımından yoxlama aparır və şöbə rəhbərliyi yarana biləcək potensial problemli sahələr barədə məlumatlandırır;
- Məhdudiyyətlərin və nağd pul vəsaitlərinin təhlili əsasında büdcə formalaşması prosesini təmin edir;
- Hesablaşma və bütövlülük baxımından yaranan nöqsanları öncədən aradan qaldırmaq üçün büdcə modelini nəzərdən keçirir;
- Cari maliyyə fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanmasında iştirak edir;
- Şirkətin bütün fəaliyyət sahələrində cari xərclərin azaldılması üzrə təhlillərdə iştirak edir;
- Elektron cədvəllərdən istifadə etməklə maliyyə modellərini tərtibində iştirak edir;
- Təhlilin nəticələrini ümumiləşdirərək PowerPoint təqdimatlar hazırlayır.məlumatların mütamadiliyini təmin edir.
- Səmərəliliyin, proseslərin və məlumatların keyfiyyətinin artırılması yollarını axtarır, təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsini təmin edir.
Tələblər:
• Maliyyə və ya mühasibatlıq üzrə bakalavr təhsili.
• Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi.
• Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
• Maliyyə hesabatlarının hazırlanması üçün 1C proqramından müvafiq məlumatların təmin edilməsi;
• Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi;
• Beynəlxalq mühasibatlıqla bağlı sertifikatların (ACCA ) F2,F3 olması F7 üstünlükdür.
Dil bilikləri:
• Azərbaycan –Əla
• İngilis dili – yazı əla, danışıq orta
• Rus – tələb deyil, üstünlük verilir.
Peşə bacarıqları:
• Riyazi təfəkkür
• Analitik düşünmə bacarığı və statistik göstəricilərin əldə edilməsi
• Səbr, təmkin və detallara diqqət
• Təzyiq altında işləmək qabiliyyəti
• Güclü problem həlletmə və qərar qəbuletmə bacarıqları;
Maraqlananlar CV-lərini “[email protected]” elektron poçt ünvanına 09.03.2021-ci il tarixinədək göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində Maliyyə mütəxəssisi yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.
Şirkət “SMM mütəxəssisi” vəzifəsinə işçi dəvət edir.
İş barədə məlumat
• Paylaşım məntlərinin hazırlanmasını və fotosessiyaların keçirilməsini təşkil edir;
• Şirkətin Facebook, Pinterest, İnstagram şəbəkələrindəki rəsmi səhifələrinə postlar yerləşdirir;
• Sağlamlıq və kosmetologiya ilə bağlı sosial media influencer / bloggerləri ilə görüşlər təşkil edir;
• Müsabiqələrin təşkilini həyata keçirir;
• Faydalı və maraqlı kontent yaradır;
• Sosial şəbəkələrdə izləyici sayının artırılmasını təmin edir.
Tələb olunan bilik və bacarıqlar:
• Təhsil: Orta / Orta ixtisas / Ali.
• İş təcrübəsi: SMM sahəsində 1- 3 il iş təcrübəsi.
• Dil bilikləri:
Azərbaycan – əla.
Rus dili - əla
• Peşə bacarıqları:
Yaradıcılıq və kreativ idealar irəli sürmək
• Kompüter bilikləri: MS office, Adobe Photoshop
Əmək haqqı: İş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaqdır.
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 17.03.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “SMM mütəxəssisi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.