Pərakəndə satış müdiri
Son tarix 24 mar 2022 - [email protected]
Vəzi̇fə Öhdəli̇kləri̇:
Satış və aptek əməliyyatlarının effektiv idarə edilməsi:
-
Müəyyən edilmiş KPI-lara uyğun olaraq satış hədəflərinin təmin edilməsi;
-
Satış və aptek işçilərinin effektiv idarə edilməsi;
-
Aptekin bütün maliyyə göstəricilərinə nəzarət və aptekdə P&L-nin optimallaşdırılması;
-
Aptekin maddi və mal ehtiyatlarına, habelə avadanlıqların istismarına nəzarət;
-
Aptekə kadrların işə qəbulunda iştirak, müsahibələr və aptek komandasının uğurlu işinə uyğunlaşma prosesində dəstək;
-
Şirkət tərəfindən qəbul edilmiş standartlara və Xidmət Standartlarına uyğun olaraq apteklərdə işçilərin işinin idarə edilməsinə nəzarət;
-
Aptek işçilərinin motivasiya proqramının idarə edilməsi və mükafatların hesablanması;
-
Rəqiblərin təhlili və öz apteklərinin işini optimallaşdırmaq üçün təkliflər.
Yeni satış nöqtələrinin açılması
-
Müəyyən edilmiş meyarlara uyğun olaraq yerin seçilməsi;
-
İşçilər üçün ştat cədvəlinin və çeşid matrisinin hazırlanması;
-
Mebelin təmiri və quraşdırılması prosesində layihə komandasına köməklik göstərmək;
-
Mebelin təmiri və quraşdırılması başa çatdıqdan və istismara tam hazır olduqdan sonra layihə qrupundan çıxışın qəbulu;
-
Lisenziyanın alınmasının təmin edilməsi.
Tələblər:
-
Ali / orta texniki əczaçılıq təhsili;
-
Merchandising bilikləri;
-
“İstehsal, Əczaçılıq Qaydaları” (lisenziya almaq meyarları) biliyi;
-
MS Office proqramından sərbəst istifadə;
-
FMCG seqmentində əczaçılıq və ya bir neçə pərakəndə satış məntəqəsində satışın idarə edilməsi təcrübəsi;
-
Diqqət və məsuliyyət, nəticə üçün çalışmaq;
-
Komandada işləmə bacarığı.
Təkli̇fi̇mi̇z:
-
Rəqabətli əmək haqqı;
-
Müvafiq sahədə peşəkar inkişaf;
-
Səmimi və professional komandada çalışmaq, birlikdə ən yaxşı nəticələr əldə etmək.
Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Pərakəndə satış müdiri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.