Avromed Company QSC
Kiçik Auditor
Son tarix 22 dek 2022 - [email protected]
Əsas Funksi̇onal Öhdəli̇klər:
- Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsində iştirak etmək;
- Nəzarət çatışmazlıqlarını aşkar etmək üçün audit prosedurlarının həyata keçirilməsində iştirak etmək;
- Audit Layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə dərhal məlumat vermək;
- Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
- Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
- Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Audit sahəsinə aid nəzəri biliklər;
- Müvafiq iş təcrübəsi: 1 ilə qədər;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- Kompüter bilikləri və müvafiq proqram təminatı (MS Office proqramlarında mükəmməl işləmə bacarığı, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək baçarığı;
- Ölkədaxili ezamiyyələrdə iştirak etmək imkanı.
Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Kiçik Auditor” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Baş Hüquqşünas
Son tarix 22 dek 2022 [email protected]
Vəzifə və məsuliyyətlər:
- Şirkətin təsis sənədlərində baş vermiş dəyişikliklərin qeydiyyata alınması üçün zəruri sənədləri toplamaq, tərtib etmək, rəsmiləşdirilməsini və müvafiq qeydiyyat orqanlarına təqdim edilməsini təmin etmək;
- Hüquqi rəylər, arayışlar və sorğuların tərtibini təmin etmək, şirkətin struktur bölmələrindən daxil olan hüquqi məsələlər və qanunvericiliyin izahı ilə bağlı müraciətlərə baxılmasını, onların yazılı və ya şifahi şəkildə cavablandırılmasını;
- Yeni müqavilələrin tərtib edilməsini, ehtiyac olduqda mövcud müqavilələrdə lazımi dəyişikliklər etmək;
- Müqavilə layihələrinin digər struktur bölmələrlə birgə hazırlanmasında iştirak etmək, müqavilələrin ekspertizasını aparmaq, ilkin və təkrar rəy vermək, əlavə sazişin tərtib edilməsini təmin etmək;
- Xarici vətəndaşların sənədləri ilə bağlı hüquqi rəy vermək, zəruri sənədləri hazırlamaq və ehtiyac yarandığı halda səfirliklərlə və s. qurumlarla danışıqlar aparmaq;
- Akt, əmr, ərizə, etibarnamə, protokol tərtib edilməsini ,şirkətə daxil olan müraciətlərə (daxili ya da xarici) baxılmasını, onların araşdırılaraq cavablandırılmasını təmin etmək.
Tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Özəl sektorda və dövlət sifarişi ilə bağlı ən azı üç (3) il iş təcrübəsi;
- Müqavilələrin baxılması, tərtibatı və beynəlxalq hüquq sahəsində təcrübə;
- Beynəlxalq hüquq sahəsi ilə bağlı yüksək bilik səviyyəsi və təşkilatı bacarıqlar;
- Əsas sahələr üzrə planlaşdırılmış müxtəlif işləri icra etmək və hüququn yeni sahələrini sürətlə öyrənmək üçün bacarıq və istək;
- Tender şikayətləri, iddialar, mübahisələr və müvafiq məhkəmə prosesləri ilə bağlı təcrübə;
- Bir çox layihə üzrə eyni vaxtda davam edən hüquqi məsələləri idarə etmə, təqib etmə və son tarixlərə riayət etmə bacarığı;
- İngilis və Rus dillərinə yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları;
- MS Office proqramlarında mükəmməl işləmə bacarığı;
- Məsuliyyətli, stressə dayanıqlı, punktual, diqqətcil, ünsiyyətcil və çalışqan;
- Komandada işləmək bacarığına malik olan.
Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Baş Hüquqşünas” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.