Avromed Company QSC
Alış üzrə baş mütəxəssis
Son tarix 07 iyn 2023 [email protected]
Vəzifə və məsuliyyətləri:
- Əczaçılıq məhsulları və tibbi ləvazimatların alışına nəzarət edilməsi;
- Məhsulları vaxtında təmin etmək üçün istehsalçılar və distribüterlərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Xərclərə qənaət və prossesi təkmilləşdirmək üçün imkanları müəyyən etmək məqsədi ilə bazar tendensiyasını və təchizatçının fəaliyyətinin təhlil edilməsi;
- Şirkət üçün əlverişli şərtləri təmin etmək üçün tədarükçülərlə müqavilə, qiymət və ödəniş şərtlərinin müzakirə edilməsi;
- Alış siyasəti və prosedurlarının hazırlanmasında iştirakı;
- Əczaçılıq məhsullarının alınması və mal qalığının idarə edilməsi ilə bağlı bütün normativ tələblərinin uyğunluğunun təmin edilməsi;
Tələblər:
- Təhsil: Ali
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Ofis proqramlarından sərbəst istifadə etmək;
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Kollektivlə işləmə bacarığı;
- Operativ, gördüyü işə cavabdehlik.
Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Alış üzrə baş mütəxəssis” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.