Avromed Company QSC
Mühasib
Son tarix 18 may 2023 - [email protected]
Vəzifə və məsuliyyətləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Daxil olan və xaric olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmalarının aparılması;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması;
- İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi.
Tələblər:
- Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office və 1C 8.3 proqramlarında işləmək bacarığı;
- Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı;
- Vergi Məcəlləsi, əmək məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
- Elektron hökümət portalı ilə işləmə qabiliyyəti;
- ACCA sertifikatlarından birinin olması üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili-mükəmməl, ingilis və rus dili üstünlükdür;
- Analitik düşünmə, müstəqil qərar vermə qabiliyyəti;
- Komandada işləmə, stressə dayanıqlı və problem həll etmə bacarığına malik olmalı;
- Tapşırıqların müəyyən olunmuş vaxtda dəqiq icra olunması.
Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Mühasib” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.