Avromed Company QSC
Sektor müdiri
Son tarix 26 yan 2023 [email protected]
Əsas Funksi̇onal Öhdəli̇klər:
- Məsul olduğu sektora dərman vasitələrinin düzğün və vaxtında mədaxil olunması, qəbulu və yerləşdirilməsinə nəzarət;
 - Məsul olduğu sektora qəbul edilən və satışa buraxılan malın qoşma faktura sənədlərinə uyğün olmasına nəzarət;
 - Malın məsul sektora məxsus rəflərdə düzğün çeşidlənməsınə nəzarət;
 - Sektorda kənar şəxslərin olmamasına nəzarət;
 - Məsul olduğu sektorda malın hərəkəti haqqında uçotun düzgün aparılması;
 - Sektorun inventarizasiyası prosesində fəal iştirak etmək;
 - Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət etmək;
 - Məsul sektorda xüsusi texnika və texnologiyaların düzgün istismar edilməsinə nəzarət etmək;
 - Düzgün və sədaqətli olmaq, işdə özünü ləyaqətli aparmaq, məsul olduğu sektorun işçilərini intizam qaydalarını pozmaqdan çəkindirmək.
 
Tələblər:
- Ali təhsil;
 - Müvafiq iş təcrübəsi: 2 ilə qədər;
 - İdarəetmə və ünsiyyət qurma bacarıqları;
 - Kompüter bilikləri (MS Office proqramlarında mükəmməl işləmə bacarığı);
 - İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
 - İşdə dəqiqlik və detallara diqqətlilik.
 
Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Sektor müdiri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







