Avromed Company QSC
ERP üzrə Qrup Rəhbəri
Son tarix 14 yan 2023 - [email protected]
Vəzi̇fə və Məsuli̇yyətlər:
- Kontragentlərin yaradılması, kateqoriyalaşdırılması, limitlərin qoyulması və ya dəyişdirilməsi və sair identifikasiya məlumatlarının daxil edilməsi;
- Kontragentlərdə qovluqların yaradılması, ərazi adlarının, satış müdirləri adlarının açılması və ya dəyişikliklərin edilməsi;
- Anbar kodlarının, servis və material kodlarının, onların qruplarının və aidiyyatiı olan identifikasiya məlumatların yaradılması;
- Ticari siniflərin qeydi; Aptekdə olan xərclərin adlarının əlavə edilməsi;
- Hesablar planına əlavələrin edilməsi və ya dəyişdirilməsi
- Əməliyyat proseslərinin (workflow) MRP-də (ERP) dəyişdirilməsi;
- Təsdiq və digər matrislərin MRP-də (ERP) daxil edilməsi;
- İstifadəçi rollarının hazırlanması və MRP-də (ERP) tətbiqi;
- Məlumatların MRP-də (ERP) şirkət tələblərinə uyğun qaydada aparılması və saxlanması ilə bağlı MRP (ERP) direktoru tərəfindən tapşırılan digər işlər;
- ERP proseslərin yaradılması, istifadəçilərə təlimatların verilməsi, və istifadəçilər tərəfindən proseslərin əməl edilməsinə nəzarət;
- ERP komadasında tabe olan işçilərin vəzifə və öhdəliklərinə nəzarət və idarəetmə.
Tələblər:
- Verilənlərin informativ hesabatlara tərcüməsi üçün analitik düşüncə;
- İnformasiyanın bir çox mənbə/sistemdən əldə edilməsi və informasiyanın bütövlüyünün qorunması üzrə bacarıqlar;
- Yüksək səviyyədə ünsiyyət bacarığı;
- Təşkilatçılıq, təmsilçilik və təqdimetmə bacarığı;
- Özünütənqid və inkişafa meyilli, yeni texnologiyaları öyrənməyə və tətbiq etməyə hazır və yenilənən iş mühitinə çevik adaptasiya qabiliyyəti;
- Zamanın düzgün idarəedilməsi və parallel tapşırıqların icrası;
- Microsoft Excel Macros/VBA, Microsoft SQL, 1C:ERP - 8.2 / 8.3. və s. dair ümumi istifadə üçün gərəkli biliklər.
- ERP-nin tətbiqi və ya idarəetməsi üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir.
- Maliyyə və biznesin digər sahələrində (xüsusən də əczaçılıq / pərakəndə satış) təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “ERP üzrə Qrup Rəhbəri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.