Avromed Company QSC
Risklər və nəzarət üzrə menecer
Son tarix 02 yan 2023 - [email protected]
Vəzi̇fə və Məsuli̇yyətlər:
- Şirkət üçün ümumi risk idarəetmə prosesinin planlaşdırılması, tərtibatı və tətbiqi;
 - Riskin qiymətləndirilməsi, sənədlərin, statistik məlumatların, hesabatların və bazar tendensiyası barədə məlumatların toplanması və təhlili;
 - Şirkətdə, xidmət proseslərində və departamentlərdə mövcud risklərin müəyyən edilməsi və həlli üçün siyasət və prosedurların yaradılması;
 - Hadisələrin idarəetmə və hesabatlılıq sistemlərinin yaradılması;
 - Departament və təşkilat vahidlərinin rəhbərləri ilə daxili nəzarət və uyğunluq mühiti məsələlərində birgə işin təşkili;
 - Şirkət prosedurlarının və təlimatlarının hazırlanması üçün çərçivənin yaradılması və ümumi prosesin.
 - əlaqələndirilməsi.
 - Daxili prosedurlar barədə anlayışın artırılması məqsədilə təlimlərin təşkili və daxili kommunikasiya;
 - Sığorta, təhlükəsizlik və mühafizə siyasətləri, biznesin davamlılıq planları və bərpa tədbirləri kimi risk idarəetmə üsullarının tövsiyə edilməsi və tətbiqi;
 - Müstəqil audit, Hüquq, Uyğunluq, SƏTƏM və Daxili audit heyətləri ilə əlaqələndirmə;
 - Müxtəlif aidiyyəti tərəflər üçün risklər barədə məruzələrin hazırlanması, məsələn, İdarə heyətinə ən əhəmiyyətli risklər barədə məlumatın çatdırılması, biznes prosesləri rəhbərlərinin müvafiq sahələrində olan risklər barədə məlumatlandırılması, və ayrı-ayrı əməkdaşların fərdi risklər barədə xəbərdar edilməsi.
 
Tələblər:
- Risk və Nəzarət heyətlərinin qurulması və idarə edilməsi;
 - Risklərin idarə edilməsi sahəsində təcrübə;
 - Audit, uyğunluq və ya nəzarət sahəsində təcrübə üstünlükdür;
 - Hesabatvermə və hesabatlılığın aparılması barədə yüksək səviyyədə bilik;
 - Yaxşı planlaşdırma qabiliyyəti ilə yanaşı metodoloji və hər-tərəfli yanaşma bacarığı;
 - Mükəmməl ünsiyyət qurma bacarığı;
 - Xarici dil (ingilis) biliyi üstünlükdür;
 - ACCA, CFA, FRM və oxşar sertifikatların olması arzu olunandır;
 - Pərakəndə və ya topdan satış sahələrində iş təcrübəsi arzu olunandır.
 
Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Risklər və nəzarət üzrə menecer” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







