Avromed Company QSC
Anbar işçisi (Mingəçevir)
Son tarix 16 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Malların anbarlara qəbulu, uyğun formada yerləşdirilməsi və anbardan buraxılışı
- Malların anbardaxili yerdəyişməsini həyata keçirmək
- Malların yerləşdirilməsində FEFO qaydalarına əməl etmək
- Anbardakı malların uyğun şərtlərdə və standartlarda qorunmasına əməl etmək
- Sifariş olunmuş malların qaydalara uyğun şəkildə toplanmasını, yoxlanmasını, daşınmasını və son çıxış nöqtəsinə təhvil verilməsini həyata keçirmək
- Malların toplanması və yoxlanılması zamanı onların miqdarını, istehsal və son istifadə tarixini, hansı partiyadan olmasını, əmtəə görünüşünü və tələb olunan digər xüsusiyyətlərini yoxlamaq
- Toplama rəflərində malların düzgün şəkildə, qaydalara uyğun yığılmasını təmin etmək
- Malların yoxlanılması zamanı və son çıxış nöqtəsində qutulara zədələnməyəcək şəkildə daşınma şərtlərinə uyğun qablaşdırılması və qutuların üzərində zəruri aptek məlumatlarının olmasını təmin etmək
- Malların sürücülərə düzgün şəkildə təhvil verilməsi və lazımı məlumatların təhvil-təslim və qeydiyyat vərəqəsində qeyd olunmasını təmin etmək
- Anbar rəhbərinin göstərişinə əsasən, fəaliyyət sahəsinin təmiz saxlanılmasına və səliqəyə salınmasında birbaşa iştirak etmək
- Bütün təhlükəsizlik qaydalarına riayət edilməsi
- Ona aydın olmayan proses və addımları üst rəhbəri ilə razılaşdırdıqdan sonra icra etməsi
- Birbaşa rəhbərinin digər tapşırıq və göstərişlərinə əməl etmək
- Sürücü, satış müvəkkili və ekspeditorla birlikdə nəqliyyat vasitəsində malları müşayət edərək onların yüklənmə və boşalma fəaliyyətini icra etmək.
- Şirkətə dair işlərin icrası məqsədilə şirkətin fəaliyyət göstərdiyi digər obyektlərə ezam edilərək anbar rəhbərliyinin tapşırıqlarını icra etmək.
Tələblər:
- İş təcrübəsi: 0 – 1 il.
- Riyazi təfəkkür və işin incəliklərinə diqqət;
- Operativlik;
- Böyük həcmli işdə işləmək bacarığı;
- Komandada işləmək bacarığ;
- Azərbaycan dili – mükəmməl; Rus dili – orta;
- Kompyuter bacarıqları: MS Office, 1C programı;
- Anbar sahəsində çalışanlara üstünlük verilir
Maraqlananlar CV-lərini elektron ünvanına 15.07.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Anbar işçisi (Mingəçevir)” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.