Maliyyə Hesabatlığı və Büdcələmə şöbəsinin Baş mütəxəsisi
Son tarix 17 dek 2021
Vəzifə öhdəlikləri:
-
Şirkətin mövcud Büdcəsinin departamentlər və bütövlükdə şirkət səviyyəsində analiz edir;
-
Şirkətin funksional vahidlərinin məlumatlarına əsasən büdcə tərtib edir və məlumatların mütamadiliyinə nəzarət edir;
-
Departamentlərin faktiki gəlirlərinin və xərclərinin aylıq, rüblük və illik hesabatlarının hazırlayır və həmin hesabatların büdcə ilə müqayisəli təhlil edir;
-
Təqdim edilən büdcə təqdimatlarının mümkün risklərə məruz qalıb-qalmamaları baxımından yoxlama aparır və şöbə rəhbərini yarana biləcək potensial problemli sahələr barədə məlumatlandırır;
-
Verilmiş büdcədən kənarlaşma hallarının aşkara çıxarır və təhlil edir. Büdcədən kənar aşkar olunmuş əhəmiyyətli fərqlərin və yüksək məbləğli xərclərin təhlil edib şöbə və departament rəhbərini bu barədə məlumatlandırır;
-
İllik büdcənin, pulların hərəkəti barədə proqnozları hazır edir;
-
Departamentlərin və bütövlükdə şirkətin göstərilmiş proqnozlara uyğun əməliyyatlarının həyata keçirilməsinə nəzarət edir;
-
Məhdudiyyətlərin və nağd pul vəsaitlərinin təhlili əsasında büdcə formalaşması prosesinə nəzarət edir;
-
Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflər edir;
-
Şirkətin uzunmüddətli biznes inkişafı və idarə edilməsi üzrə proqnozları hazır edir;
-
Hesablaşma və bütövlülük baxımından yaranan nöqsanları öncədən aradan qaldırmaq üçün büdcə modelini nəzərdən keçirir və büdcə rəqəmləri ilə fakitiki mühasibat qeydlərinin fərqlərini analiz edir;
-
Hər ay hesabat dövrünün sonunda cari nəticələri büdcə nəticələri ilə müqayisə edir və mühüm yayınmalar barədə şöbə rəhbərini məlumatlandırır;
-
Potensial pul axını problemlərini müəyyənləşdirmək üçün likvidlik analizini aparır və ortaya çıxa biləcək problemlərin aradan qaldırılması yollarının təhlil edir;
-
Cari maliyyə fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanmasını təmin edir;
-
Mövcud hesabat portfelinin təmin edilməsi və gələcək inkişafı üçün təkliflər verir;
-
Səmərəliliyin, proseslərin və məlumatların keyfiyyətinin artırılması yollarını axtarır, təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsinə nəzarət edir;
-
Bütün hesabatların müəyyən edilən müddətlərə uyğun olaraq hazır olmasını təmin etmək üçün hesabat cədvəllərinin mütəmadi olaraq yenilənməsini təmin edir;
-
Şirkətin bütün fəaliyyət sahələrində cari xərclərin azaldılması üzrə təhlillərdə iştirak edir;
-
Əməliyyat və maliyyə nəticələrini araşdırır və təkmilləşdirməyə dair tövsiyələrini verir;
-
Gəlir və xərclərin təhlilini aparır;
-
Elektron cədvəllərdən istifadə etməklə maliyyə modellərini tərtib edir;
-
Bir sıra variantlardan istifadə etməklə biznesin gələcək şəraiti ilə bağlı proqnozlar verir
-
Təhlilin nəticələrini ümumiləşdirərək PowerPoint təqdimatlar hazırlayır və nəticələri yuxarı rəhbərliyə bildirir;
-
Maliyyə departamentinin işinin düzgün yerinə yetirilməsi üçün lazım olan müvafiq məlumat və sənədlərin alınması üçün digər şöbə rəhbərlərinə yazılı müraciətetmək.
Tələblər:
-
Maliyyə və iqtisadiyyat üzrə bakalavr təhsili;
-
Maliyyə sahəsində azı 2-3 il iş təcrübəsi. (Big Four Audit şirkətləri və FMCG sahəsində çalışan mütəxəsislərə üstünlük veriləcək);
-
Riyazi təfəkkür;
-
Analitik düşünmə bacarığı və statistik göstəricilərin əldə edilməsi;
-
Səbir, təmkir və detallara diqqət;
-
Prosseslərə nəzarət və peşə biliklərini payıaşma qabiliyyəti olmalı;
-
Təzyiq altında işləmək qabiliyyəti;
-
Güclü problem həlletmə və qərar qəbuletmə bacarıqlar;
-
Komandada işləmək bacarığı;
-
Təşkilatçılıq və İdarəetmə bacarıqları;
-
Yerli Qanunvericilik və IFRS sahələrində praktiki və ya nəzəri biliyi olmalı;
-
Maliyyə hesabatlarının hazırlanması prosesində Power BI və macroslardan istifadə etməklə, hesabatların avtomatlaşdırılması;
-
ACCA, CFA üzrə sertifikatlı namizədlərə üstünlük veriləcəkdir;
-
Dil bilikləri: Azərbaycan – əla, İngilis dili – əla, Rus dili – tələb deyil, üstünlük verir;
-
Qabaqcıl PC istifadəçisi, 1C 8.2-3.
Maraqlananlar CV-lərini elektron ünvanına 17.12.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Maliyyə Hesabatlığı və Büdcələmə şöbəsinin Baş mütəxəsisi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.