Şirkət: “Avromed Company” QSC
Vəzifə: “Anbar sistem operatoru”
Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə Avromed şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olmuşdur.
Şirkət “Anbar sistem operatoru” vəzifəsinə işçi dəvət edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Anbar rəhbəri tərəfindən tələb olunan lazımi hesabatları təqdim etməli;
• WMS programının işin gedişatına (mal qəbulu-çıxışı, yerləşdirmə, transferi və s.) uyğun olaraq Anbar rəhbəri tərəfindən verilən səlahiyyətlər daxilində calışmasını həyata keçirməli;
• İşin gedişatı ilə əlaqəli iş əmrlərinin sistem üzərindən yaradılması və əlaqəli vəzifələrin əl terminalı və ya PC ekranlarına lazım olan məlumatın çatmasını həyata keçirmək;
• Sistemlə əlaqəli çalışan cihazların düzgün işləməsini təmin edir və problem yaranacağı halda səlahiyyətləri daxilində mudaxilə və ya əlaqəli şöbələrə/səlahiyyətli şəxslərə təcili müraciət etmək;
• WMS-ə və ya WMS-dən ERP proqramına lazım olan məlumatın ötürülməsi (verilən səlahiyyətlər daxilində);
• Anbar içərisində çalışan əl terminalı istifadəçilərinə lazımi tədrislər vermək;
• Anbar əməliyyatları sırasında terminalın işləmə prinsipləri ilə əlaqəli vaxtaşırı işçiləri təlimatlandırmaq;
• Anbar əməliyyatları ilə əlaqəli program və işçilərin monitorinqini vaxtaşırı həyata keçirmək;
• Ona təhkim olunmuş bütün maddi varlıqlardan məsuldur;
• İş vaxtı sistem tərəfindən yaranabiləcək hər hansı problemə müdaxilə etmək və müəyyən edilmiş vaxta işin bitməsini təmin etmək.
TƏLƏBLƏR:
• Anbar idarə etmə sistemləri ilə bağlı iş təcrübəsi ən az 1 il;
• Dil bilikləri: Azərbaycan və Rus;
• Kompüter bilikləri: WMS, ERP və MS Ofis;
• Anbar prosesləri ilə bağlı ümumi bilgiyə sahib olmalı;
• Anbar sənədləşmə qaydalarını bilməli;
• Anbar proseslərinə hakim olmalı;
• Komanda daxilində işləmə bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• Cəld qərar vermə.
• Problem həll etmə bacarığı
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 30.07.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Anbar sistem operatoru” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.