Şirkət: “Avromed Company” QSC
Vəzifə: “Kiçik Mühasib”
Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə Avromed şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olmuşdur.
Şirkət “Kiçik mühasib” vəzifəsinə işçi dəvət edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
• Vergilər Nazirliyinin onlayn karguzarlıq sistemində obyekt və kassa qeydiyyatı
• Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin hesablaması və ödənilməsi
• Maliyyə hesabatlarının hazırlanması prosesində müvafiq işləri icra etmək
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
Peşə bilikləri və bacarıqları:
• Qüvvədə olan qanunvericiliyə uyğun lazımi biliklərə malik olmaq (Əmək, Vergi məcəlləsi)
• Mühasibat uçotu haqqında ilkin anlayış (İkili yazılış sistemi və Maliyyə hesabatlarının hazırlanması barədə məlumatı olanlara üstünlük veriləcək)
Kompüter bilikləri: MS Excel
Təhsil: Mühasibatlıq və ya Maliyyə üzrə minimum bakalavr dərəcəsi
İş təcrübəsi: Müvafiq sahədə 1 il iş təcrübəsi.
Dil bilikləri: Azərbaycan – əla (ingilis vəya rus dili bilənlərə üstünlük veriləcək)
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 08.07.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Kiçik Mühasib / Mühasib” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.