Avromed Company QSC
Biznesin inkişafı üzrə menecer (Optika üzrə)
Son tarix 01 iyn 2024 - [email protected]
Vəzifə və məsuliyyətlər:
- Brendlərin təyin edilməsi üçün strategiya və üsulların hazırlanması;
 - Təmsil olunan brend nümayəndələri ilə davamlı əlaqə yaradılması;
 - Şirkətin artıq təqdim etdiyi məhsulların brendinq strategiyasının işlənib hazırlanması;
 - Brendlərin bazardakı mövqeyinin izlənməsi (brend satışlarının gedişi, ona tələbat);
 - Satış analizlərinin edilməsi;
 - Marketinq şöbəsi ilə birlikdə promosyonların və endirimlərin müəyyən edilməsi/planlaşdırılması.
 
Tələblər:
- Təhsil Ali-Biznes, təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
 - Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
 - Dil bilikləri: İngilis dili – Əla, Rus dili– Əla;
 - MS Office proqramları ilə işləmə bacarığı;
 - Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
 - Komandada işləmə, stressə dayanıqlı və problem həll etmə bacarığına malik olan.
 
Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Biznesin inkişafı üzrə menecer (Optika üzrə)” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Qeyri - əczaçılıq məhsullarının alışı üzrə təcrübəçi
Son tarix 01 iyn 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Əməkdaşlıq edilən şirkətlər üçün sifarişlərin hazırlanması,aksiyaların sayılması
 - Satınalma prosesinin səmərəli fəaliyyətini təmin etmək üçün komandaya köməklik göstərmək;
 - Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq.
 
Tələblər:
- Təhsil: Ali (Əczaçılıq)
 - Dil bilikləri: Rus dili– əla; İngilis dili – arzuolunandır;
 - 1C proqramında işləməyi qavrama qabiliyyəti;
 - Logik düşünmə bacarığı;
 - Komandada işləmək bacarığı;
 - Məsuliyyətli, stressə dayanıqlı, punktual, diqqətçil, ünsiyyətçil və çalışqan;
 - Öyrənməyə və inkişafa yüksək həvəs.
 


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







