AVICOM LLC
Satınalma üzrə kiçik mütəxəssis
Bu şirkətlər işçilər axtarır - MAAŞ 500-600-700-800-1000-1200-1300-1400-1500-1600-2000 MANAT - 17 VAKANSİYA
Son tarix 30 okt 2024 - [email protected]
Tələblər:
- Ali təhsil
- İş təcrübəsi: 1 il
- Yaş aralığı: 21-32 yaş
- Rus və yaxud ingilis dillərində korporativ yazışma səviyyəsi üzrə bacarıq
- Outlook və Ms Office proqramlarında işləmək.
- Məsuliyyət, düzgünlük, dəqiqlik, etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Situasiyaları analiz etmə
Vəzifə öhdəlikləri:
- Araşdırmalar aparmaq, sifarişlər vermək, təchizat prosesində iştirak və malları son təmin edilmə zamanına dəki stoka daxil olmasını təmin etmək.
- Sorğular üzrə spesifikasiyaların tərtib edilməsi
- Yerli və xarici bazar araşdırmaları etmək , yeni təchizatçıları müəyyən etmək.
- Təchizatçılar ilə danışıqlar aparmaq, strateji alışlar üzrə ən uyğun qiymətlərlə məhsulların alışını həyata keçirmək
- Sifarişlərin statusunu izləmək və sifarişlə əlaqədar bütün maraqlı tərəfləri mütəmadi məlumatlandırmaq.
- Bütün tələb olunan sənədləşmələri, yazışmaları, danışıqları və təchizat prosesini şirkət üçün ən sərfəli olan yollarla aparmaq.
İş yerinə dair üstünlüklər:
- Korporativ tibbi sığorta
- Performansa dayanıq ekstra ödənişlər
- Şəxsi inkişaf imkanları
İş şərtləri:
- iş rejimi - həftədə 5 günlükdür
- iş saatları – 09:00-18:00
- 1 saatlıq nahar fasiləsi
- Əmək haqqı: 700-1500 azn arası
QEYD: OFİS ABŞERON RAYONU, SARAY QƏSƏBƏSİNDƏ YERLƏŞİR.
Namizədlər e-mailın mövzu hissəsində “Satınalma üzrə kiçik mütəxəssis” yazmaqla öz CV-i [email protected] ünvanına göndərə bilərlər.