Avenue
Satınalma üzrə mütəxəssis
Son tarix 18 noy 2024 - [email protected]
İş barədə məlumat
- Şirkətin satınalma, logistika əməliyyatlarını yerinə yetirmək və xarici əlaqələrini təşkil etmək;
- Şirkətlər və partnyorlar ilə müntəzəm yazışmalar aparmaq və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
- Müqavilələrin hazırlanmasının təşkili, müqavilə, ödəniş və endirim şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması, hesabatların hazırlanması və təqdim edilməsi;
- Xarici satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
- Satınalma sifarişlərinin izlənməsi, nəzarəti və icrası;
- Təchizatçıların siyahısını hazırlamaq və daimi olaraq həmin siyahıya əlavə və dəşikliklərin edilməsini nəzarət altında saxlamaq;
- Satınalma prosesinin vaxtında, şirkətin daxili prosedurlarınaa uyğun icra edilməsi;
- Satınalma sifarişlərinin idarə edilməsini həyata keçirmək, sifarişin analizi, sifarişçi şöbələrlə detalların müəyyən edilməsi, sistemə düzgün yerləşdirilməsində lazımi dəstəyin verilməsi, nəzarətdə saxlanması, hesabatın hazırlanması və sifarişin bağlanması;
- İş saatı: Bazar ertəsi – Cümə 10:00-dan - 19:00-dək, Şənbə günü 10:00-dan - 15:00-dək
- Həftədə 1 gün istirahət günü.
- Ünvan: Nərimanov rayonu, Təbriz küçəsi.
- Əmək haqqı: 1200-1400 azn
Tələblər:
- Təcrübə: Satınalma sahəsində ən azı 1 il iş təcrübəsi.
- Strateji düşünmə, strateji planlaşdırma və analiz bacarıqları.
- Etibarlılıq, dəqiqlik və detallara diqqət yetirmə;
- Dil bacarıqları: Rus və İngilis dillərində səlis yazı və danışıq bacarıqları.
- MS Office proqramları üzrə biliklər
- Bütün tapşırıqların vaxtında yerinə yetirilməsi və hesabatı.
Tələblərə uğun namizədlər mövzu yerində “Satınalma üzrə mütəxəssis“ qeyd edərək öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.