Avant Construction
Layihəçi Elektrik mühəndisi
Son tarix 23 mar 2026 - [email protected]
Vəzifə funksiyaları:
- Sahədə elektrik işləri üzrə layihə həllərinin hazırlanması və dəqiqləşdirilməsi;
- İcra layihələrinin (Shop Drawing) hazırlanması və yenilənməsi;
- Elektrik panoları, kabel marşrutları, torpaqlama və ildırımdan mühafizə sistemləri üzrə sxemlərin tərtibi;
- Sahədə yaranan texniki problemlərə layihə əsaslı həllərin verilməsi;
- Layihə ilə faktiki icra arasında uyğunsuzluqların aşkarlanması və korrektə edilməsi;
- Texniki Tapşırıq (TT), metod statement və detalların hazırlanmasında iştirak;
- Elektrik yüklərinin hesablanması (220/380 V);
- Layihə dəyişikliklərinin (Revision / As-built) hazırlanması;
- Sahə mühəndisləri və nəzarət qrupu ilə sıx əməkdaşlıq;
- Sifarişçi və texniki nəzarət orqanları ilə texniki razılaşdırmaların aparılması;
Vəzifəyə olan tələblər:
- Təhsil: Ali (Elektrik mühəndisliyi üzrə), Elektrik layihəçi ixtisası üzrə ali təhsil;
- Layihə və tikinti sahəsində (yaşayış binası / tower layihələri üzrə) minimum 3–5 il iş təcrübəsi;
- IEC və yerli normativ sənədlərlə işləmə bacarığı;
- AutoCAD proqramında peşəkar səviyyədə işləmə bacarığı Texniki düşüncə, detallara diqqət və məsuliyyətlilik;
- Dil bilikləri- Azərbaycan, rus dili (üstünlükdür)
İş Şəraiti:
- İş qrafiki: 6/1, 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək Haqqı: 1800-2200 AZN net
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Layihəçi elektrik” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.












