Autocapital Azerbaijan LLC
Hüquqşünas
Son tarix 25 noy 2024 - [email protected]
İşçinin əmək funksiyaları:
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;
- Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün yeni yanaşmaların formalaşdırılması;
- Cəmiyyətin digər struktur bölmələrinin aidiyyəti fəaliyyət istiqamətləri üzrə hüquqi tövsiyə vermək;
- Cəmiyyətin təsis və qeydiyyat sənədlərinə dəyişikliyin edilməsi ilə əlaqədar müvafiq sənəd layihələrini hazırlamaq, qeydiyyat orqanına təqdim etmək və təhvil almaq;
- Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili;
- Notariat və ASAN Xidmətdə həyata keçirilən əməliyyatlarda iştirak etmək;
- Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi nəzarətin həyata keçirilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.
- Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlanması;
- Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarının qorunması və təmsil edilməsi;
- Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
Tələblər:
- Təhsil: hüquq üzrə ali təhsil
- Yaş həddi: 35 yaşadək
- Təcrübə: 3 ildən artıq
- Dil bilikləri: rus dili və Azərbaycan dili- mükəmməl (ingilis dili bilməsi üstünlükdür)
- Analitik düşünmə və problemləri həll etmə bacarığı
- Vəkillər kollegiyasının üzvlərinə üstünlük verilir
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti
- Azərbaycan Respublikasının Qanunvericiliyi bilməli
- E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı
- Ofis proqramları (MS Word, PowerPoint) ilə sərbəst işləmək bacarığı
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
İş barədə məlumat:
- Şirkət nəqliyyat vasitələrinin satışı ilə məşğuldur
- İş qrafiki həftə içi 5 (beş) gün; 09:00-18:00
- İş yeri: Bakı ş. Heydər Əliyev Prospekti, 191
- Əmək haqqı 1500-2000 manat
Tələblərə uyğun gələn namizədlər öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.