Atslaha18 Lombard Kiçik Biznes Kreditləşməsi
Kredit mütəxəssisi
Son tarix 07 yan 2023
Vəzifə öhdəlikləri:
- Müştərilərə kredit məhsulları haqqında məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbul və analiz edilməsi;
- Müştəri hesablarının aparılmasına dair xidmətlərin göstərilməsi;
- Daxil olan müraciətlərin vaxtında icra olunması və müvafiq sənədlərin tərtib olunması;
- Hissəvi satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumatın verilməsi;
- Müştəri və müqavilə məlumatlarının əməliyyat proqramına daxil edilməsi;
- Kredit portfelinə nəzarətin həyata keçirilməsi;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Kompüter bilikləri (MS Office,Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı);
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Ünsiyyətcillik, təşəbbüskarlıq;
- Komandada işləmək bacarığı;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
İş şəraiti:
- İş günləri: 6 gün iş, 1 gün istirahət;
- Qeyd olunan tələblərə uyğun namizədlər
- Əmək haqqı: 1500azn + bonus
Şəkilli CV-lərinizi müraciət et bölməsində qeyd olunan e-mail ünvanına göndərə bilərsiniz. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.