Ateshgah Sigorta
Həkim-koordinator
Son tarix 08 may 2024 - Müraciət et
Əsas vəzifə öhdəlikləri:
- Könüllü Tibbi Sığorta üzrə sığortalanan şəxslərin müraciətlərini qəbul etmək
- Sığortalı müştərilər üçün tibbi yardımın təşkili
- Tibbi və sığorta sənədləşdirilməsinin aparılması
- Müraciyyətin məzmunundan asılı olaraq tibbi xidmətin müvafiq qanuna və qaydalara əsasən koordinasiyasnı təmin etmək və məlumatı mövcud olan bazada qeyd etmək
- Hesabatlar tərtib etmək
- Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- Əmək haqqı: namizədin iş təcrübəsi, bilik və bacarıqlarının səviyyəsindən asılı olaraq dəyişə bilər
- Fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən bonus sistemi
Biz sizə nə təklif edirik?
- Karyera və inkişaf üçün əla fürsətlər
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
- Fəaliyyətə əsasən artan əmək haqqı
Namizədə tələblər:
- Yaş: 23-35
- Təhsil: Ali tibb təhsili mütləqdir
- İş təcrübəsi: arzuolunandır
- Dil bilikləri: Azərbaycan (Əla), Rus (Əla), İngilis (yaxşı)
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Sosial media üzrə mütəxəssis
Son tarix 08 may 2024 Müraciət et
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin sosial media hesablarının idarə olunması
- Paylaşımlar üçün kontentin hazırlanması və dizaynerə yönləndirilməsi
- Sosial şəbəkələrə daxil olan sorğuların cavablandırılması
- Şirkətin reklam strategiyasına uyğun olaraq sosial şəbəkələrdə reklamların qoşulması
- Korporativ saytın məzmununun monitorinqi və müntəzəm yenilənməsi
- Marketinq planı üzrə icra edilən işlər haqqında hesabatların hazırlanması
- Birbaşa rəhbər tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 18:00
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Namizədə tələblər:
- Yaş: 20 - 35
- Təhsil: Ali təhsil (Marketinq, Biznesin təşkili, Rəqəmsal Marketinq üzrə təhsil arzuolunandır)
- İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il
- Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (yaxşı), İngilis dili (orta)
- MS Office proqramları ilə işləmək bacarığı
- Yenilikləri tətbiq etmək bacarığı
- Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti
- Yüksək təşəbbüskarlıq və kreativlik bacarıqları
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı