Ateshgah Sigorta
Həyat sığortası üzrə Telemarketinq şöbəsinin mütəxəssisi
Son tarix 24 iyl 2022 - [email protected]
Namizədə tələblər:
- Yaş: 21-35
- Təhsil: Ali
- İş təcrübəsi: Müştəri xidmətləri, satış bacarığı, call center
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri:
- Mövcud müştərilərlə telefon vasitəsilə əlaqə yaratmaq
- Potensial müştərilər bazasını tərtib etmək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını yaratmaq
- Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
- Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
- Sabit əmək haqqı 600 AZN
- Rüblük bonus sistemi
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq Həyat sığortası üzrə telemarketing şöbəsinin mütəxəssisi qeyd etmələri xahiş olunur.
Sığorta üzrə Satış Məsləhətçisi
Son tarix 24 iyl 2022 - [email protected]
"Atəşgah” Sığorta Şirkətində “Sığorta üzrə Satış Məsləhətçiləri” layihəsinə start verilir!
Təlimlərdə iştirak et, satış incəliklərini öyrən, yüksək gəlir əldə etmək imkanı qazan!
Yaş məhdudiyyəti yoxdur. Satış Sahəsində təcrübə və bilik toplayib yüksək gəlir əldə etmək istəyənlər müraciət edə bilər.
Siz burada nə əldə edəcəksiniz:
- Yüksək qazanc və İşlə təmin olunma imkanı; Uğurlu karyera qurmaq; Sığorta sahəsində real iş imkanına malik olmaq;
- Peşəkar iş mühitində çalışmaq
- Satış bilikləri;
- Biznes əlaqələr və biznesin idarə edilməsi;
- Sığorta fəaliyyətinin əsasları;
- Natiqlik və təqdimat bacarıqları;
- Kommunikasiya bacarıqları;
- Ödənişsiz təlimlər;
Maraqlananlar öz CV formalarını göndərə bilər.
(məktubun mövzu bölməsində “Sığorta üzrə Satış Məsləhətçiləri” qeyd etmək mütləqdir).