Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsinin mütəxəssisi
Son tarix 11 may 2022 - [email protected]
Namizədə tələblər:
-
Yaş: 21-35
-
Təhsil: Ali
-
Dil bilikləri: Azərbaycan (əla), Rus dili(yaxşı), ingilis dili (arzuolunan)
-
Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Şəxsi keyfiyyətlər:
-
Ünsiyyət qurmaq bacarığı
-
Yüksək təqdimat bacarığı
-
Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı
-
Satış bacarığı, təqdimat qabiliyyəti
Əsas vəzifə öhdəlikləri:
-
Sığorta məhsullarının satışını telefon vasitəsilə və online həyata keçirmək;
-
Online platformalar vasitəsilə həyata keçirilən Satış prosesinə nəzarət etmək və satış planını yerinə yetirmək.
-
Şirkətin xidmətləri, sığorta məhsulları, tarif, prosedur və aksiyaları barədə lazımi məlumatı müştəriyə təqdim etmək;
-
Görülmüş iş haqqında gündəlik, aylıq və illik hesabatların təqdim edilməsi;
-
Məlumatları informasiya bazasına daxil etmək;
-
Müxtəlif istiqamətlər üzrə informasiya bazasını yaratmaq;
-
Birbaşa rəhbərin və o cümlədən şuranın/komitələrin tapşırıqlarını yerinə yetirmək.
İş şərtləri:
-
Əmək müqaviləsi bağlanılır
-
İş vaxtı 09:00 - 17:30
-
Sabit əmək haqqı (gross məbləğ) - 441 – 555 AZN
Məlumatlandırıcı qeydlər:
-
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
-
CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
-
Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
-
İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e- mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsi” qeyd etmələri xahiş olunur.
Könüllü tibbi sığorta şöbəsinə mütəxəssis
Son tarix 11 may 2022 - [email protected]
Namizədə tələblər:
-
Yaş: 21-35
-
Təhsil: Ali təhsil (tibbi biliklər arzuolunandır)
-
İş təcrübəsi: 1 ildən çox
-
Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (arzuolunandır)
-
Microsoft Office (Word, Excel, Power Point) proqramları, elektron poçtdan istifadə
Əsas vəzifə öhdəlikləri:
-
Cari və şirkətə ilk dəfə müraciət edən müştərilərlə iş (müştərilərlə kommersiya danışıqlarını aparmaq və məhsulların satışını təşkil etmək);
-
Şirkət daxili digər şöbələrlə müntəzəm işlərin aparılması (şikayətlərin araşdırılması, müqavilələrin hazırlanmasına nəzarət, hesabların/kredit notların /e-qaimələrin buraxılmasına nəzarət və sair).
-
Müştərilərlə, yerli və xarici brokerlər və vasitəçilərlə yazışmalar, danışıqlar aparmaq və görüşlər keçirmək;
-
Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək;
Şəxsi keyfiyyətlər:
-
Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
-
Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
-
Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
-
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
-
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
İş şərtləri:
-
Əmək müqaviləsi bağlanılır
-
İş vaxtı 09:00 - 17:30
-
İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
-
Əmək haqqı gross məbləğ: 555 azn – 784 AZN (sığorta sahəsində təcrübəyə, həmçinin tibbi biliklərə əsasən təyin edilir)
-
Şirkət tərəfindən güzəştli nahar
Məlumatlandırıcı qeydlər:
-
Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
-
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
-
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
-
Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin.
Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq ’’Könüllü tibbi sığorta şöbəsinə mütəxəssis “qeyd etmələri xahiş olunur.
Korporativ satış şöbəsinin mütəxəssisi
Son tarix 11 may 2022 - [email protected]
Namizədə tələblər:
-
Yaş: 23-35
-
Təhsil: Ali
-
İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
-
Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (əla) mütləqdir ,İngilis dili (arzuolunandır)
Şəxsi keyfiyyətlər:
-
Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
-
Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
-
Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
-
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
-
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri:
-
Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
-
Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
-
Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
-
Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
-
Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
-
İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
İş şərtləri:
-
Əmək müqaviləsi bağlanılır
-
İş vaxtı 09:00 - 17:30
-
İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
-
Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
-
Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
-
Əmək haqqı 550 azn – 1130 azn (əmək haqqı gross ilə qeyd olunub, namizədin bilik və bacarığı əsasən müsahibə əsnasında dəyişəcəkdir)
-
Bonus və rüblük motivasiya
Məlumatlandırıcı qeydlər:
-
Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
-
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
-
CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
-
Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
-
İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
-
Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
-
CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
-
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.