Ateshgah Sigorta
Aparıcı Auditor/Baş Auditor
Son tarix 14 fev 2026 - Müraciət et
Əsas vəzifə öhdəlikləri:
- Daxili audit planına uyğun olaraq daxili auditin həyata keçirilməsində iştirak etmək;
- Onun iştirakı ilə həyata keçirilmiş daxili auditin nəticələrinə dair hesabatın və rəyin hazırlanmasında iştirak etmək;
- Daxili audit nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanmasında iştirak etmək;
- Zərurət yarandıqda, daxili auditora bu vəzifə təlimatında nəzərdə tutulmayan, lakin daxili audit haqqında qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr həvalə oluna bilər.
Namizədə tələblər:
- Təhsil: İqtisadi və ya hüquqi Ali təhsil. Magistr və Daxili audit üzrə sertifkata malik olunması arzuolunandır.
- Sığorta əməliyyatlarına və audit keçirilməsinin qaydaları ilə bağlı beynəlxalq təcrübəyə bələd olmalıdır.
- İş təcrübəsi: sığorta şirkətlərində daxili audit sahəsi üzrə minimum 2 il(aparıcı auditor),4 il (baş auditor).
- Dil bilikləri: Rus və ya İngilis dili
- Kompüter bilikləri: informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində bilik və vərdişlərə malik olmalı, uyğun proqramlarda (1C, Ms Excel, Ms Word və s.) sərbəst işləyə bilməlidir.
Namizəd bilməlidir:
- Azərbaycan Respublikasının sığorta haqqında qanunvericiliyini,vergi qanunvericiliyini, mülki qanunvericiliyi və əmək qanunvericiliyini;
- Daxili auditin aparılmasının prinsip və metodlarını;
- Yoxlama, sənədli audit və təhlil aparılmasının üsullarını;
- Mühasibat uçotu və hesabatının təşkilini və aparılması qaydalarını;
- Maliyyə hesabatlarının formalarını və tərtibi qaydalarını;
- İşcilərin əməyinin ödənilməsi normalarını və qaydalarını;
- İşgüzar münasibətlərin qurulması etikasını;
- Kargüzarlığın təşkilini;
İş şərtləri:
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.










